02.40.25
Tanıdaq

İlham Cəfərov


İlham Cəfərov 14 fevral 1966-cı ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur.
1973-cü ildə Yuxarı Remeşin kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1983-cü ildə həmin məktəbi bitirmişdir.
22 aprel 1984-cü ildə müddətli hərbi xidmətə çağırılıb, Arxangelsk vilayəti, Karqopol şəhərində hərbi hissədə xidmətini başa çatdırıb. 1986-cı ildə ordu sıralarından tərxis olunmuşdur.
20 iyun 1986-cı ildən 1 sentyabr 1992-ci ilədək müxtəlif təşkilatlarda fəhlə işləyib
1996-cı ildə Naxçıvan Dövlət Universitetinin iqtisad-hüquq fakültəsinin hüquqşünaslıq ixtisası üzrə I kursuna qəbul olunub.
2000-ci ildə oranı bitirmişdir. Ali təhsilli hüquqşunasdır.
1993-cü ildən 2001-ci ilədək Naxçıvan MR Hərbi Məhkəməsində iclas katibi işləyib.
Həmin tarixdən 2 fevral 2003-cü ilədək həmin məhkəmədə məsləhətçi olub.
Sonra isə Naxçıvan MR Ali Məhkəməsinin hakimi, 29 iyul 2007-ci ildən Naxçıvan MR Ali Məhkəməsinin sədr müavini vəzifəsində çahşmışdır.
Azərbaycan Respublikası Milli Məclisinin 13 iyun 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.
Mənbə:Ali məhkəmə

Просмотров: 515 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: