22.18.45
AYB-də imza günü

Qənirə Paşayevanın növbəti imza günü

Bu gün (20.12.2011) Azərbaycan Yazıçılar Birliyinin NATAVAn Klubunda millət vəkili, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənirə Paşayevanın "Onun sevgi məktubları” romanının növbəti imza günü mərasimi keçirilmişdir.  Tədbiri giriş söü ilə açan AYB katibi Rəşad Məcid, xanım Paşayevanın yeni kitabının da öncə kitabları kimi böyük oxucu ilgisi gördüyünü məmnuniyyətlə vurğuladı. O, Qənirə Paşayevanın Yazıçılar Birliyinin üzvü olduğunu və "imza günü” keçirilən kitabın da müəllifin ilk bədii əsəri olduğunu özəlliklə qeyd edərək, "Onun sevgi məktubları”nın onda həm bir oxucu, həm də yazar olaraq xoş təəssürat yaratdığını dedi. Kitabın məziyyətləri haqqında öz fikirlərini bölüşən Rəşad Məcid "imza günü”nün xarakterinə uyğun olaraq müəllifin özünün daha ətraflı danışması və oxucuların suallarını cavablandırması üçün sözü Qənirə Paşayevaya verdi.

Qənirə Paşayeva bir müəllif olaraq qısa zaman kəsiyində artıq dördüncü "imza günü” düzənlənən "Onun sevgi məktubları”na bəslənən ilgiyə görə oxuculara təşəkkürünü bildirdi. O, qeyd etdi ki, bu kitabın ötən ayın satış lideri olması, böyük oxucu ilgisi görməsi, habelə yeni "imza günləri” üçün təkliflər alması onu bir qələm adamı kimi nə qədər sevindirirsə, kitabın satışından əldə olunacaq vəsaitin bütünlüklə, ailə başçısını itirmiş. üçuşaqlı imkansız bir ailənin mənzil probleminin həllinə yönəldilməsi baxımından daha çox təsirləndirir.

Sonra AYB sədrinin müşaviri Rauf Aslanov xalq yazıçısı, AYB sədri Anarın adından xanım müəllifə gül buketi təqdim etdi.

Professor Qəzənfər Paşayev, şair Musa Ələkbərli. kulturoloq Aydın Xan, gənc yazar Pərvin Məmmədli və başqları çıxış edərək, "imza günü” keçirilən kitab və müəllifin istər bir yazar, istərsə də bir millət vəkili olaraq respublika miqyaslı fəaliyyətindən, sənətin, mədəniyyətin inkişafına verdiyi töhfələr, habelə Türk Dünyasına yönəlik başarılı çalışmalar öz fikirlərini bölüşdülər.

Çıxışlardan sonra Qənirə Paşayeva çıxışçılara, onun romanına ilgi göstərən bütün oxuculara bir daha təşəkkürünü yetirdi.

Tədbirin sonunda satılmış kitabların imzalanması mərasimi keçirildi.   

Просмотров: 881 | Добавил: afgan73 | Рейтинг: 4.5/12
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: