16.42.45
Azərbaycan ilklərə imza atıb
Müsəlman şərqində ilk demokratik cumhuriyyət – Azərbaycan Xalq Cümhuriyyətidir. Müstəqil Azərbaycan Respublikasının sələfi 1918-20-ci illərdə mövcud olub. Fəaliyyət göstərdiyi 23 ay ərzində də bir sıra dünya miqyaslı ilklərə imza atıb. Demokratik quruluşlu dövlətlərin dünya bayraqlarının tarixində ilk dəfə səkkizguşəli ulduz simvolundan Azərbaycan Xalq Cumhiriyyətinin dövlət bayrağında istifadə edilib. Bu bayraq əvvəlcə qırmızı, sonra isə göy, qızmızı, yaşıl zolaqlı rənglərin əhatəsində ayparanın ağuşunda təsvir edilib. Müsəlman şərqində ilk dəfə qadınlara seçki hüququ da 1918-ci ildə Xalq Cümhuriyyətimizin fəaliyyət göstərdiyi zaman verilib. Xatırladaq ki, ABŞ senatının qadınlara səsvermə hüququ haqqında qərarı AXC-dən bir neçə il sonra təsdiq edilib. Şərqdə ilk diplomat qadın – Ağqoyunlular dövlətinin banisi Uzun Həsənin anası Sara xatundur. O, Osmanlı sultanı və qərb diplomatları ilə çoxlu sayda görüşlər keçirərək ölkəsinin maraqlarını müdafiə edib. Şərqdə ilk opera yazan qadın bəstəkar mərhum Xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində bu uğura imza atıb. Müsəlman şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın librettosunu Füzulinin eyni adlı poeması əsasında yazıb. İlk tamaşaya istedadlı aktyor və rejissor Hüseyn Ərəblinski quruluş verib. Müsəlman şərqində ilk opera yazan kişi bəstəkar – da məhz azərbaycanlıdır. Üzeyir Hacıbəyov “Leyli və Məcnun” operasına görə, həm də bu uğuruna imza atıb. Qədim şərqin ilk və ən mükəmməl rəsədxanası –Güney Azərbaycanın Marağa şəhərində yerləşir. Bu rəsədxananın banisi böyük Azərbaycan alimi və mütəfəkkiri Təsrəddin Tusidir. Türk elminin bu şah əsəri 1259–cu ildə yaradılıb. Dünya tarixində ilk dərin neft quyusu - 1844-cü ildə F.N. Semyonovun səyi ilə qazma üsulu ilə Bakı mədənlərində dünyada ilk dərin quyu qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. Dünya neft tarixində ilk dəfə vurma üsulu - 1884-cü ildə ilk dəfə bu vurma üsulu ilə qazmadan istifadə olunub. Bu hadisə sonralar ümumdünya neft elmində “Bakı üsulu” adı ilə məşhurlaşıb. Dünya neft tarixində ilk kompressoru üsulu-1905-ci ildə dünya neft qazmaları tarixində ilk dəfə Balaxanıda olaraq kompressor istismarı tətbiq edilib. Dünyada ilk dəfə olaraq -1941-ci ildə Bayılda 2000 metr dərinlikdə “Ağa Nematulla turbin üsulu” ilə maili quyu qazılıb istifadəyə verilib. Dünyanın ən hündür bayraq dirəyi - 2010-cu ilin sentyabrın 1-də Azərbaycan paytaxtında istifadəyə verilib. 20000 m² ərazisi olan meydanda ucaldılmış dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010 -cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dünyada ilk dəfə anelgeziyanı kəşf edən alim – Mustafa Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi. Dünya ədəbiyyatında ilk Xəmsə şəkilli bəddi yaradıcılıq nümunəsini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. "Xəmsə" beşlik deməkdir. Xəmsəyə daxil olan əsərlər beş böyük poema şəklində olur. Nizamidən sonra hind şairi Ə.X. Dəhləvi, özbək şairi Əlişir Nəvai və başqaları yaradıb. #11
Просмотров: 402 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: