23.09.44 ƏDƏBİ ŞƏXSİYYƏTLƏR | |
Əfqan Əsgərovdan üç qısa hekayəAzərbaycan SSR əməkdar incəsənət xadimi (1989) Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar (indiki Salyan rayonunun Qarabağlı kəndi) kəndində anadan olub 1953-cü ildə universiteti bitirəndən mətbuatda çalışan Ə.Əsgərov jurnalist kimi ilk dəfə "Azərbaycan gəncləri" qəzetində fəaliyyətə başlayıb. Qəzetin səhifələrində bir-birinin ardınca maraqlı publisistik yazıları, oçerkləri, felyeton və hekayələri, hətta "Poçtalyon" kino-ssenarisi çap edilən Əfqan çox gənc yaşlarından oxucuların məhəbbətini qazana bilib. Əfqan Əsgərov eyni zamanda bu qəzetdə elanolunan gənclik mövzusunda səhnə əsəri müsabiqəsində iştirak edərək üçüncü mükafata layiq görülüb. Bundan sonra o, daha bir səhnə əsəri yazıb. Yaradıcılığa hekayələrlə başlayan Əfqan bu ilk səhnə əsərləri ilə şöhrət qazanıb və bir-birinin ardınca yazıçının "Gecikmisən" (1961), "Gözəllik sorağında" (1962), "Sən belə deyilsən" (1963), "Sarı əlcək" (1965) və başqa hekayə topluları nəşr edilib. Bir müddətdən sonra isə Moskvada ali ssenarist kursunda oxuyan Əfqan iki ildən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor kimi fəaliyyətini davam etdirib. Kinostudiyanın problemləri ilə bağlı "Kommunist" qəzetində məqalə ilə çıxş edən Əfqan Əsgərovun bu yazısı həmin vaxt Azərbaycan KP MK-nın şöbə müdiri Şıxəli Qurbanovun da iştirak etdiyi müşavirədə müzakirə olunub və Əfqana "Kommunist" qəzetində işləməyi məsləhət görüb. Beləliklə, Əfqan Əsgərov həmin qəzetdə ədəbiyyat şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1989-cu ildə "Sovet kəndi" qəzetinin redaktoru olub. 1991-ci ildə Ali Sovetin orqanı olan "Həyat" qəzetinin baş redaktoru işləyib.
Ürək Mizrab və barmaqlar qızğın höcət edirdilər. Mizrab hirsindən qaralıb: Dəniz və uşaq Sahildə oturub, qabarıb-enən dənizə tamaşa edirdim. Hava küləkli idi. Dəniz aramsız çalxalanır, dalğalar bir-birinin çiyninə qalxaraq, dişlərini ağarda-ağarda sahilə cumurdu. Bəzən bu dalğalar yüksələrək dağa dönür, dəniz yaralı şir kimi nərə çəkirdi. Coşqun dalğaların üzərində çılğınlıqla uçan qağayılar sanki dənizi daha da qızışdırırdılar. Mən dənizi dinləyə-dinləyə, məftun-məftun və sonsuz həsədlə seyr edirdim: dəniz hər şeydən böyük, dəniz hər şeydən güclü, əzəmətli görünürdü. Elə bu vaxt qağayıların səsindən də cingiltili bir səs, bir uşaq gülüşü məni xəyallardan ayırdı.Cəmi beş-altı yaşı olan bu oğlan ciblərinə yığdığı xırda daşları bir-bir dənizə atır, vəhşi dalğalara gülürdü. Uşaq gülür, dəniz isə hiddətindən kükrəyib uğuldayaraq, sahilə düz uşağın üstünə hücum çəkirdi.Uşaq gözünü belə qırpmır, daha ucadan gülərək, qəzəblənən dənizin uca dalğalarını daşa basırdı. Mən gah dənizə, gah da uşağa baxırdım. Bayaqdan əzəmətli görünən dənizin dağ yıxan dalğaları uşağa çatar-çatmaz əriyib, köpüyə dönürdü. Uşaq gülür, dəniz isə deyinən qarı kimi, bir yerdəcə əllərini ölçürdü.
Uşağın hökmü Əl boyda bir körpə dünyaya gəldi. Yer üzüzün ən kiçik sakini köz açmamış ağladı. Havamıza yeni insan səsi qarışdı. | |
|
Всего комментариев: 0 | |