10.44.38
Dahilər və tarix

ELİMİZİN, ELMİMİZİN AĞSAQQALI

 

Mən Müseyib müəllimlə coğrafiya fakültəsində dərs deməyə başladığım 1990-cı ildə tanış olmuşdum. Az müddətdə əminlik əldə etdim ki, o, dərin elmi biliyiə, çoxtərəfli, geniş dünyagörüşünə malik bir alimdir. Boş vaxtım olan kimi Müseyib müəllimlə görüşməyə can atırdım. İşlərinin çox olmasına baxmayaraq mənimlə həmişə müxtəlif mövzularda, xüsusilə də geologiya elminin müasir problemləri haqqında həvəslə söhbət edərdi. İxtisasca coğrafiyaçı idi, amma geologiya ilə də məşğul olurdu, tədqiq etdiyi geomorfologiya sahəsində geoloji məlumatlardan ustalıqla bəhrələnir, onları professional səviiyədə interpretasiya edə bilirdi. Məhz bu səbəbdən, ən yaxın dostları da geoloq alimlər idi. V.Y.Xain, Y.Y.Milanovski, Ş.F.Mehdiyev, Ə.Ş.Şıxəlibəyli, Ə.V.Məmmədov, V.M.Babazadə kimi görkəmli geoloqlarla o həmişə təmasda olar, geologiyanın, geomorfologiyanın bir sıra problemlərini müzakirə edərdi. Yadımdadır, doktorluq dissertasiyamın müdafiəsi ərəfəsində məzunu olduğum Moskva Dövlət Universitetinə ezamiyyətə getmişdim. Orada geologiya fakültəsində olduğum zaman akademik Y.Y.Milanovski ilə görüşdükdə məndən öncə Müseyib müəllimi soruşdu və qeyd eydi ki, siz Müseyibov kimi alimlərinizlə fəxr etməlisiniz. Onunla xeyli söhbət etdikdən sonra məqaləmi Universitetin jurnalında nəşr etdirməyi tövsiyə etdi.

Müseyib müəllim gözəl alim, pedaqoq olması ilə yanaşı, həm də sözün əsl mənasında vətəndaş idi. Vətənimizin üstünü qara buludlar örtdükdə o ildırım sürəti ilə "Tovuz” cəmiyyətini yaratdı. Tovuz rayonunun bütün ziyalılarını bir yerə topladı, tez-tez cəbhə bölgələrinə gedib əsgərlərlə görüşdü, onlara silah, ərzaq və s. payladı. Bu, əsgərlərimizi ruhlandırır, erməni qəsbkarlarına qarşı əzmlə vuruşmağa həvəsləndirirdi. Tovuz rayonunun bir qarış torpağına belə, düşmənlərin ayaq basa bilməməsinin bir səbəbi də, cəsarətlə deyə bilərəm ki, bu el ağsaqqalının müdrikliyi ilə bağlıdır. 

Müseyib müəllimlə hər dəfə görüşdükdə onu mütaliə edən görürdüm. Türkün tarixinə, etnosuna dair müxtəlif kitablar oxuyar, özü üçün qeydlər edər, belə mötəbər mənbələr əsasında türkün vətəninin çox geniş olduğunu və at üstündə bütün dünyaya hakim kəsildiyini fəxrlə söyləyərdi.

Məndən həmişə geologiyaya aid yeni kitabların olub-olmamasını soruşardı. Bir dəfə akademik V.Y.Xainin geotektonikaya aid iki yeni kitab nəşr etdirdiyini bildirdim. Dərhal xahiş etdi ki, o kitabları gətirim. Xeyli qalın olmasına baxmayaraq onların surətini çıxartdırdı və dedi ki, bu kitablardakı yeni maraqlı məlumatlardan mühazirələrində istifadə edəcək. Tələbələr danışırdılar ki, Müseyib müəllimin bir mühazirəsi digərinə bənzəmir. O həmişə mühazirələrini yeni məlumatlarla zənginləşdirərdi. Maraqlı bir məqam da ondan ibarətdir ki, fakültənin dekanı olduğu vaxtlarda da işinin çox olmasına baxmayaraq auditoriyaya mühazirə oxumağa böyük həvəslə gedərdi.

Müseyib müəllimi tələbədən tutmuş rektora kimi hamı sevər, hər kəs onunla ünsiyyətdə olmağa, ondan nəsə yeni bir məlumat öyrənməyə çalışardı.

Müseyib müəllim kimi ər kişilər dünyaya az-az gəlir. O, elimizin və elmimizin müdrik ağsaqqalı idi. Allah rəhmət eləsin, ruhu şad olsun.         

 

  Nazim Əjdər oğlu İmamverdiyev

 

Geologiya-mineralogiya elməri doktoru, professor

 Bakı Dövlət Universiteti

 

Просмотров: 916 | Добавил: afgan73 | Рейтинг: 3.7/15
Всего комментариев: 1
1 Brandonten  
0
herbal penis enlargement <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> remedy job agency

00000
Имя *:
Email:
Kod *: