23.56.35
DÜŞÜNCƏ

QIRIQ DÜŞÜNCƏLƏR

İnsan olaraq hər kəs eyni cür doğulur həyatda..
amma hərə bir cür köçər dünyadan...


Hər kəsi ana dünyaya gətirər....Doğularkən heç kəs qeyri adi varlıq olmaz..Doğularkən hər kəs eyni potensiyala malik olar..Köməksiz ,aciz və zəif.Əgər bu gün sən bu yaşa çatıb yaşayırsansa bunu sən etməmisən...Çünki sən doğularkən aciz idin..Sənin qanadların bu səviyyəyə gətirib çıxartdılar ..Səni göyə qaldıranlar var..
   Uşaq ikən insan özünü yer üzündə yeganə zənn edər..Çünki ona qanad verən insan-ata və anası ona qayğı göstərir ,hər istədiyini yerinə yetirir.. Hər şey mənimdi deyir..Ama zaman öz hökmünü verir və insan böyüyür..Artıq özü bir valideyn olur..Və hər şey o anda dəyişir...Dünən hər bir ehtiyacı yerinə yetirilən insan ,bu gün körpə birisinin,nə vaxtsa özü kimi aciz və köməksiz birinə qanad olmağa çalışır. Bir zamanlar bütün dünyaya sahib olduğunu anlayan insanın ,özü bir dünya olmağa çalışma zamanı gəlir.Nəhayət dünyanı tərk edərkən isə bu həyatda heç bir şeyin onun olmadığını anlayır ..Çox gec ...                                                              Həyatda ən önəm verdiyim varlıqdan biri də zamandı..Çünki bu gün birilərinə başa sala bilmədiyin şeyləri, bir il sonra, iki sonra, əvvəl-axır zaman başa salacaqdı.Mütləq səni anlayacaqlar..Bunun üçün özünü yormağa dəyməz.Zamana burax....Çünki bildiklərin qarşındakının anladığı qədərdir.
    Necə varsan elə olmağa çalış..Maskalar insanı qalxdığı yüksəklikdən bir göz qırpımında çırpar yerə. Bunun qıraqdakılara ziyanından başqa, ən böyük ziyan insanın özü özünü aldatması deməkdir...özünə dediyin yalanlar, başqa birisinə dediyin yalanlardan daha pisdi...Nəticədə özünü qiymətli biri hesab edərkən, mahiyyət etibariylə heç bir şey ola bilərsən...
    İnsanın madiyyatdan daha çox mənəvi dəstəyə ehtiyacı var ..Madiyyata qaçarsan, mənəviyyatdan geri qalarsan...İnsanı insan edən onun ətrafındakılardı...İnsan təklikdə bir dəyər ifadə etməz. Bəzən insan özünü xüsusi yaradılmış hiss edər.. lovğalanar-"məndən yer üzündə bir dənədir" deyər..Ama unutdar ki onu "o” edən ətrafındakı insanlardır..Bir anlıq ətrafında heç kəsin olmadığını düşününcə anlar insan.Sevdiklərin ,ətrafında səni sevənlər olmayınca insan mənəvi olaraq tənhalaşır..Madiyyatsız yaşaya bilər insan ,ama mənəvi dəstək olmayınca yaşaya bilməz ...Ən böyük mənəvi dəstək şəfqətdir...Pul Robinzon Kruzonun nəyinə lazım , əgər ona almağa bir şey olmadıqca....
Vurub yıxmağa çalışma , əgər yaratmağı bacarmırsansa ..

 

TURAL DILQEMOGLU..

 

Просмотров: 722 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: