16.34.26
ELXAN ZAl - 60

Mahmud Kaşqari adına Beynəlxalq Fond təqdim edir:

ELXAN ZAL - 60 Vaqif Səmədoğlu günündə 60 ilə 60 yarpaq silsiləsindən böyük şairin Elxan Zal haqda düşüncələrini bölüşürük:

Elxanın Polon şərqisi

Əzuzim Elxan! Yadındadımı, “Ulduz” jurnalında sənin şeirlə¬rini, daha doğrusu “Polonez” poemasını oxuyandan sonra mən sənə zəng etdim, bu şeirlər məni tutdu və mən bu şeirlərə öz münasibətimi bildirdim. Nəyə görə? Mənim kifayət qədər yaşım var və kifayət qədər gözəl şeirlər oxumuşam, yaddaşım¬da çoxlu sayda böyük şairlər, yazıçılar var. Biz “Kitabi-Dədə Qorqud”dan bu günə qədər, Homerdən indiki şairlərə qədər çoxlu şairlərin, yazıçıların əsərlərini oxumuşuq. Ancaq onları oxuyanda mən özüm üçün kəşf elədim ki, bütün dünya ədəbiyyatında, dünya fəlsəfəsində, dünya nəsrində, poeziyasında çoxlu sayda yazılar var və onları oxuyanda sən öz içindəki süallarına cavab axtarırsan. Vacib deyil o şair, o yazıçı, lap o əsər, o epos, o saqa nədən bəhs edir, sən onları oxuyanda öz süallarına öz yaşamına, öz həyatına bəraət axtarırsan, xatirələrini axtarırsan və çox qəribədir ki, birdə görürsən ki, bir şair sənin xatirələrini, sənin düşüncələrini başlayır sənin özünə danışmağa. Əzizim Elxan, sənin Polşa ilə bağlı şeirlərini oxuyanda mən bu hissləri keçirdim. Sənin “Polonez” silsiləni oxuyanda mənə elə gəldi ki, mən Elxan Zalı oxumuram, mən, Vaqif Səmədoğlu, 60-cı illərdə Polşa havasında yazmadığım şeirləri oxudum, yəni öz xatirələrimi oxudum. Nəyə görə məhz Polşa? Çünki, mənim mənsub olduğum 60 - cı illər nəslini Polşa ilə çox sıx tellər bağlayır, bizim həyatımızda Polşa və polyak xalqı böyük rol oynayıb. Bəlkə də siz gənclər bunları bilmirsiniz, o zaman 60 - cı illərdə sosialist düşəgəsi vardı və bura daxil olan ölkələr içində Polşa bizim azadlıq istəyimizə, yenilik istəyimizə ən çox cavab verən ölkə idi. Polşa nəinki sosialist dünyasında, hətta Avropada, bütün dünya miqyasında irəlidə gedirdi. Polşa ədəbiyyatı, kinosu, teatrı, incəsənəti bəzən Amerikadan da, bəzən Fransadan da irəlidə gedirdi. Sənin şeirlərini oxuyanda mən həmin illərə qayıtdım, həmişə xəyalımda yaşatdığım Polşanı gördüm. Əlbəttə bu şeirlər mənim üçün yalnız xatirə deyil. Onları bir naşı adam yazsaydı, mən özümü də, Polşa mühitini də, Polşa abu-havasını da təhqir olunmuş hesab eləyərdim. Ancaq sən onları çox gözəl, çox professional, çox canlı, çox səmimi yazıbsan. Mənim də Polşa ilə bağlı şeirlərim var, «Royal» poemamda Polşa ilə bağlı böyük hissə var. Mən Polşada olmamışam, həmişə buna təəssüflənirdim, ancaq sənin şeirlərini oxuyana qədər. Bəlkə də Allah səni mənim yerimə Polşaya göndərdi və sən Polşa mədəniyyətinə, Polşa xalqına, öz qələminə layiq o gözəl şeirləri yazdın... Mən sənin ayrı şeirlərini də oxumuşam, onlar da mənin çox xoşuma gəlir, amma “Polonez” poeması mənə daha əzizdir. İstedadlı şair Səlim Babullaoğlu öz yazısında bu kitabdakı şeirlərdən geniş bəhs etdiyinə görə, mən onlar barədə çox danışmağa ehtiyac görmürəm. Son olaraq onu deyə bilərəm ki, sən əsil şairsən, dilimizə, ədəbiyyatımıza layiq şairsən. Öz üslubu, öz dünya duyumu, öz sözü olan şairsən. Sənə uğurlar arzulyıram. Nə yaxşı ki, ədəbiyyatımızda sən varsan.

Просмотров: 192 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Brandonten  
0
homemade herbal incense <a href=""> https://forums.dieviete.lv/profils/127605/forum/ </a> herbal magick

00000
Имя *:
Email:
Kod *: