20.41.20
ESSE

 SƏS
Qarabağ haqqında esse
“Qəlbimdən gələn səslər mənə çox şeylər öyrədir”
                                                                          Sokrat  

  1. Söz, səs, rəng... Söz göydən düşür, səslənir və rənglənir. Onun başlıca işi yerlə göyü birləş­dir­­mək, birlik yaratmaqdır. Təbiətə məxsus ikilik - işıq və qaranlıq, isti və soyuq, xeyir və şər sözlük deyil. Sözün son amacı xeyrin əbədi hökm sürdüyü öz nizamını yaratmaqdır. O bu­na kosmik nizamı aşmaq, olağanüstü nizama qoşmaqla nail olur. Nizamini yada sal. İlyas Yu­sif oğlu niyə, görəsən, bu təxəllüsü götürüb? Çünki varlığın ilkin şərti bu olağanüstü ni­zam­dadır və söz də onun peşindədir.

  2. Allah da sözlə işləyir, şair də. Allah dünyanı sözdən yaradır, şair isə sözlə. Amma Allah dün­ya­­nın materialını da özü yaradır, şair isə hazır materialı (dil!) işlədir. Bu, Allahın təkcə şair yox, həm də ümumən insandan əsas fərqidir. Allah yaradan, insan düzüb-qoşandır. Odur ki, “ya­radıcılıq” sözünü insana şamil etmək düz deyil. Biz bu sözü fərqinə varmadan, mexaniki vər­­diş üzrə insana da şamil edir və əslində, yanlış yapırıq. Nədən ki insan yarada bilməz, yal­nız yapa bilər. Əlbəttə, dil “yaradan” şairlər də var, məsələn, İsa Muğanna, örnəyin, Vaqif Ba­­­yatlı Odər... Amma onların dil yaradıcılığı “yoxdan var eləmək” deyil. Çünki Muğanna mə­­­lum dili sadəcə cilalayıb, artıq rənglərdən təmizləyib, Vaqif Bayatlı isə onun rənginə rəng qa­­­tıb. Muğanna Nizaminin “İqbalnamə”sindəki Çin nəqqaşı, Vaqif Bayatlı isə Rum rəssa­mı­na bənzəyir. Məğribanə desək, Muğanna intuitiv, Vaqif Bayatlı isə məntiqi metoddan istifadə edib. Məğribanə desək, Muğanna mükaşifə, Vaqif Bayatlı isə istidlal yolu ilə gedib.  
  3. 8. Şairlə şüuraltının dağıdıcı, peyğəmbərlə isə şüurüstünün yaradıcı gücü işləyir. Şüuraltı şeytanın, şüurüstü isə Allahın əlindədir. Adi insan nə şüuraltı, nə də şüurüstü yox, şüurla hə­rə­kət edir. O, şeytanla Allah, şairlə peyğəmbər arasında durur. Nə şair, nə də peyğəmbər in­san deyil, nəsə ayrı bir məxluqdur. Çünki insanı insan edən şüurdur. Şair şüuraltına, pey­ğəm­bər şüurüstünə söykənməklə şüurdan üz çevirir və insan olmaqdan çıxırlar. Və insan olmaq heç də hər şeyin sonu, zirvəsi deyil. İnsanlıq yaxşı ilə pis, aşağı ilə yuxarı arasında orta pillə, ara­lıq sivilizasiyadır. Amma insanın üstünlüyü də elə bundadır. Çünki arada durmaqla onun iki tərəfdən birini seçmək hüququ var. Daşlar, ağaclar, quşlar bu seçimə hələ çatmayıb, mə­lək­­lər bu seçimi ötüb keçib. Amma sonu birdir - hər iki halda seçim şansı yoxdur. İnsanın in­san­lığı onun seçim azadlığındadır (Dostoyevski). Onu bundan məhrum etmək insanlığını əlin­­dən almaq deməkdir. Çağdaş seçkilər insanı insanlıqdan məhrum etmənin ən “demok­ra­tik” üsuludur.   

    9. Şeytan insanın irəli getməsini istəmir, çünki bunu Allah istəyir, şeytan isə hər işdə ona qar­­şı­­dır. İrəli gediş dünyanın sonu və şeytanın taxtının devrilməsi  deməkdir. O bu gedişi ya­va­şıt­maq üçün hətta dünyanın şahlığını insana verməyə hazırdır (“İncil”)

    10. Şeytan hər kəsi öz yanına çəkməkdə başarılıdır, çünki keçilmiş yolun nişanları hər kəsin şüu­raltında var. Hətta Həzrət Məhəmmədin özü də qəlbində şeytan olduğunu, amma onun əl-qo­luna zəncir vurduğunu etiraf edirdi. Çünki bütün olağanüstü ruhi özəllikləri ilə birgə cis­mən o da hamı kimi insan idi

    11. Şüuraltı kodların açılması yetər ki, insan öz içindəki qaranlığa düşsün və yolundan azsın -  keçmişə üz tutsun. İsgəndərin dirilik suyu dalınca üz tutduğu qaranlıq dünya şüuraltının oyan­ması gedişində insanın içində açılan zülmət idi. Amma keçmişə dönüşlə ölməzliyə çat­maq olmur və İsgəndərin dirilik suyu axtarışları bu üzdən heç bir sonuca varmır. Geriyə yol yoxdur! Yol ancaq və ancaq  irəliyədir.

    12. Amma insanı ilahi vəhy hesabına verilən hazır bilgi doyurmur. O bu bilgini öz daxili gü­cüy­lə yenidən qazanmaq istəyir. Buna görə Cırtdan ithürən əvəzinə işıqgələnə enir, Məlik­məm­məd ağ yox, qara qoçun belinə minir. Bu gələcəyi qoyub, keçmişə dönmək idi. O keç­miş­də Cırtdanı div, Məlikməmmədi əjdəha gözləyir. Hər iki qəhrəman yuxuya getmək qor­xu­suyla üz-üzə qalır. Cırtdan div yuxusuna iradi qüvvə hesabına qalib gəlir - hamı yatsa da, o yatmır. Məlikməmməd buna fiziki ağrı hesabına nail olur - barmağını kəsib yarasına duz ba­­sır. Hər iki halda problem insanın dilemma (işıqgələn - ithürən, ağ qoç - qara qoç) qarşı­sın­da qalmasından başlayır, onun seçimi (işıqgələn, qara qoç) ilə davam edir və ağlı, iradəsi, hü­nəri hesabına çözülür. Hər iki halda insanın irəliyə gedişinə əngəl olan şər qüvvənin kökü kə­silir.

    13. İstər şüuraltından, istərsə də şüurüstündən keçən yol Allaha doğru gedir. Hər şeyin əvvəli olduğu kimi, sonu da Odur. Əvvəl-axır da, əzəl-əbəd də Ona məxsusdur. Gediləsi başqa yer yoxdur. Örkən nə qədər uzun olsa da, hərlənib-fırlanıb, axırı doğanaqdan keçir. Amma hər şair nəfsin tələlərindən keçib Allaha - metafizik, ilahi aləmə vara bilmir.

    14. Metafizik aləmlə maddi dünyanın bağlanma nöqtəsi olur. Bu nöqtə şairin qəlbidir. Hər şair kimi hər qövmün, hər xalqın da öz qəlbi var. Və bu qəlb o qövmü, o xalqı metafizik, ila­hi aləmə bağlayır. İllah da ki xalq şair xalq ola! İlahidən gələn söz də, səs də, rəng də həmin ümum­milli qəlbin burulğanlarından keçərək dünyaya gəlir.

    15. Antik yunanlar üçün göyü yerə bağlayan belə bir burulğan Olimp dağı, əski türklər üçün isə Ötükən meşəli dağı idi. Homer öz dastanlarında Tanrılar məskəni olan Olimpin uca zir­və­si­ni coşqun bir ilhamla tərənnüm edirdi. Orxon-Yenisey daş bitiklərinin müəllfi isə yazırdı: “Türk budun Ötükən yış olursar, ilte bun yok” - “Türk xalqı Ötükən meşəli dağında olarsa, elin heç bir dərdi-qəmi olmayacaq”.

    16. Əski türk allahlar panteonunun başında duran Tanrı öz xalqıyla bu qutsal yer vasitəsilə bağ­­lanırdı. Ona görə “gündoğandan ta günbatana mənimdir” (“Koroğlu”)  - deyə, dünyanın dörd bir yanına qoşun çəkən türklərin qəlbində yalnız ədəbi yox, həm də əbədi bir Ötükən həs­rəti var.

    17. Ezoteriklərin fikrincə, planetar ölçüdə də yeri göyə bağlayan bir bağ var - Himalay dağ­la­rı silsiləsindəki Şambala dağı! Görünür, Hindistanın bilgələr ölkəsi və qutsal biliklərin beşiyi olması bu üzdəndir. Təsadüfi deyil ki, ilk qadın Həvva yer üzünə Ərəbistanda, ilk kişi Adəm isə Hindistanda enib.

    18. Buddizm Hindistanla bağlıdır və insan hünərindən yaranıb. Bir gün hind şahzadəsi Qau­ta­ma sarayını, ailəsini ataraq çıxıb gedir, illərlə dünyanı dolaşır, axırı əldən düşüb, bir ağacın dibində oturur və elə ordaca daxili nurlanma baş verir...

    19. İslam Ərəbistanla bağlıdır və Allahın verdiyidir.

    20. Buddizmin torpağın rəmzi olan qonur, islamın isə əbədi həyatın rəmzi olan yaşıl rənglə işarələnməsi də, görünür, təsadüfi deyil. Quranda adı keçən iyirmi beş peyğəmbər arasında Bud­da yoxdur. Çünki Budda özü-özünü seçmişdi, Allah isə yalnız özünün seçdiklərini kitab­lar­dan (“Tövrat”, “Zəbur”, “İncil”) kitaba (Quran) salırdı.

    21. Buddizm qadın inancıdır - qarışqaya da toxunma, şərə dirəniş göstərmə... Zülmə və za­lı­ma qarşı cihada çağıran islam isə kişi dinidir. Buddizmin bu özəlliyi türklərin döyüş ruhuyla düz gəlmədyindən bu inanc onlar arasında geniş yayılmamışdı. İslamın türklər arasında çox bö­yük sürətlə və əksərən könüllü qəbulu da eyni məntiqlə bağlıdır. Buddizmin mahiyyətini da­hiyanəliklə açmaq şərəfinin qadına (Yelena Blavatskaya) məxsusluğu da görnür, təsadüfi deyil.

    22.  Buddizmdə insan Allahın diliylə danışır, islamda Allah insanın. Ona görə bütün tərki-dün­yalığına baxmayaraq buddizm insani, bütün dünyəviliyinə baxmayaraq islam ilahidir. Bud­duzmin çağdaş batıda dəbdə olması da, yəqin ki, bu amillə bağlıdır. Praqmatik batı ila­hi­lik­dənsə insaniliyə üstünlük verir.

    23. Delfa adasındakı Apollon məbədinin qapısı üstündə “Özünü dərk et!” yazılmışdı. Nə­dən ki, Allaha yol insandan keçir. İnsan özünü anlayaraq Allahı dərk edir. Quranın “xatır­la­ma” poetikası da (Əflatun) yəqin ki, bununla bağlıdır. İnsan özünü xatırlaya-xatırlaya dərk edir. Allah insan dilində danışır, amma insanı ilahi ucalığa çağırır. Biz uşağı nəyəsə inandırmaq istəyəndə özümüzü uşaq yerinə qoyub, onun şivəsində danışdığımız kimi.

    24. Məkkənin Allahla bağlanmaq üçün özəl vasitəyə (məsələn, Himalay dağlarına) ehtiyacı yoxdur. Allah istəsə, öz bəndələriylə səhrada da danışa bilər. “Həqiqətən də, Allah hər şeyə qadirdir” (Quran) Amma Allah insana ağıl, bununla da seçim haqqı və fəaliyyət muxtariyyəti verib. Çünki Allah diktator deyil və dünyanı insanla birgə fırladır, özü yuxarıdan, insan isə aşağıdan. Bu paradiqma təkcə yeri deyil, göyün özünü də formalaşdırır. Göy və yerin təsiri  birtərəfli yox, qarşılıqlıdır. Göy yerə təsir etdiyi kimi, insan da öz əməlləriylə səma səltənəti yaradır və onun səciyyəsini müəyyən edir (Daniil Andreyev, “Dünyanın qızılgülü”). Mən hər gecə Bakının işıqlarına baxanda səma Bakısının möhtəşəmliyini təxmini olsa da, təsəvvür edirəm. Çünki yerin göyə əksi düşür və “yuxarıda necədirsə, aşağıda da elədir” (Hermes Trismegist)

    25. Yer və göyün qarşılıqlı təsiri yalnız məkana deyil, zamana da aiddir. Tarix, ateistlərin dediyindən fərqli olaraq, allahsız dünyadakı siniflər qarşıdurması deyil. Amma dindarların de­diyi kimi, səma diktatorunun qamçısıyla da idarə olunmur. Tarix Allah və insanın dialoqu­dur. Ünlü yapon tarixçisi, “Tarixin dərki” əsərinin müəllifi Arnold Toynbinin dediyi kimi, Al­lah mesaj göndərir, insan ona cavab verir və bu, dialoqdan tarix yaranır. Baş verən olay­lar­da Allahın rolunun dərki tarix elmini metatarixə çevirir.

    26. Allahın hər bir xalqa  mesaj göndərdiyi vaxtlar olur. Bu vaxt o xalq mənəvi oyanış ke­çi­rir. Yəhudilərlə Allah İsanın mövluduna qədər, yunanlarla İsgəndərin zamanında danışır­dı. Be­lə səmavi mesajlar monqollara Çingizin, ruslara Pyotrun, fransızlara Napoleonun zama­nın­da gəlmişdi.

    27. Bizə səmavi mesaj bir xalq olaraq Şah İsmayıl dönəmində gəldi. Millət kimi formalaşma öncəsi isə biz Qarabağı seçdik və Allah bu seçimə səs verdi. Qarabağdan çıxan onlarla böyük səs incəsənəti nümayəndəsi yuxarının bu seçimə “hə” deməsini göstərirdi.

    28. Qarabağ Azərbayсan türklərini göyə bağlayan bir bağdır. Onun neçə yüzildən bəri Azər­bay­can mədəniyyətinin Ötükəni olması bununla bağlıdır. Neçə yüzillərdir ki, ən böyük sənət xadimlərimiz məhz bu torpaqdan çıxaraq milli mədəniyyətimizi gəlişdirirlər.

    29. Yox, biz bu sözləri deməklə o dövrdə digər bölgələrdən çıxan istedadları danmırıq. Əsla! Nəin­ki Azərbayaсanın bu və ya digər bölgəsi, hətta onun hüdudları dışında da (məsələn, Gür­сüstan) milli mədəniyyətimizin təmsilçiləri (Molla Vəli Vidadi) yaşayırdı. Amma bizi hər hansı olay deyil, milli mədəniyyətin gəlişməsində prioritet istiqaməti bəlirləyən faktlar ma­raqlandırır. Bu yöndən yanaşanda gələсək Azərbayan ədəbiyyatının inkişaf istiqamətini Gür­сüstanda yaşayan Vidadi yox, Qarabağ xanının vəziri Molla Pənah Vaqif müəyyən edir­di. Molla Pənahı Vaqif edən, onun poeziyasını lokal çərçivədən çıxarıb, milli-mədəni amilə, özü də istiqamətveriсi amilə çevirən doğulub böyüdüyü Qazax deyil, vəzirlik elədiyi Qara­bağ olmuşdu. O, inəkləri süd versin deyə kənd qadınlarına dua yazan çoxbilmiş, baməzə mol­­ladan söz dünyasının vaqifliyinə Şuşada çatmışdı. Milli-mədəni inkişafda əsas işi (Maq­num Opus) Vaqif görürdü. Vidadinin fəaliyyəti isə anaxronizm - “işdən-gücdən bekar olub ağ­lamaq” (Vaqif) idi. Halbuki, o öz istedadının güсüylə Vaqifdən nəinki geri qalmır, əksinə, bəl­kə də, öndə gedirdi. Bunu onların “Durnalar” deyişməsindən aydın görmək olur. Bəs, on­da Vidadi-Vaqif məsələsindəki paradoks hardan doğurdu? Çünki bütün istedadı və сiddiyyə­ti­nə baxmayaraq, Vidadi keçmişə, bütün at yeriməz işləri və şuxluğuna baxmayaraq Vaqif gələyсəyə baxırdı. Vidadinin durnaları keçmişə, Vaqifinkilər gələсəyə uçurdu. Millətin gələ­сək taleyinin özülü Gürсüstan yox, Qarabağda qoyulurdu.

    30. “Hər bir millətin mövcudluğunun son amacı mənəvi-estetik duyğuları gəlişdirməkdir. Nədən ki o öz varlığını iqtisadi, siyasi, hərbi və digər sahələrdə deyil, mədəniyyətində təsbit edir” (Nizami Cəfərov) Yerdə qalan bütün digər sahələr mədəni gəlişmə üçün ilkin şərtləri hazırlayır.

    31. Mədəniyyətin beşiyi olan Qarabağı itirmək, əslində, öz varlığını itirmək deməkdir, çünki bu zaman yeri göyə bağlayan istinad nöqtəsi itirilir. Yüzillər boyu göylə ilişgilərini qura bil­mə­­yən, buna görə сəlayi-vətən olub, düzü-dünyanı dolaşan ermənilərin Qarabağ uğrunda mü­barizədə başlıca amacları da budur - göyə körpü salmaq, daha dəqiq desək, bir millət ki­mi öz varlıqlarını təsdiq etmək. Bu mübarizədə ortaq məxrəcə gəlmək mümkünsüz və bu ba­rış­maz­lıq xalqın bədii yaddaşında qorunub saxlanılır (“Əsli və Kərəm”) Dastanı düzüb qoşanlar deyir ki, bu düymə açılmaz, bu düyün çözülməzdir. Çünki bu sindromun tarixi köklərindən daha dərin metatarixi mənbəyi var və iki qoçun başının bir qazanda qaynamasına sadəсə yer yox, göy də qol qoymur. Bir bağ iki xalqın ola bilməz! Əgər elədirsə, onlardan biri mədəni de­formasiyaya uğrayıb, digərinə tabe olmalı, ya da daha bir bağ yaranmalıdır.

    32. Ermənilər iyirminсi yüzilə qədər bu sonsuz dünyada özlərinə nəinki bağ, hətta ayaq bas­ma­ğa bir parça torpaq tapa bilməyən iki xalqdan (digəri qaraçılardır) biridir. Qaraçılar da, er­mə­nilər də dünyaya Hindistandan - “qaralar ölkəsi”ndən yayılıblar. Ermənilərin də, qaraçıla­rın da Allahın yanında üzləri qaradır.  Ermənilər də, qaraçılar da öz təkəbbürləri qarşılığında göylər tərəfindən сəzalandırılıb.

    33. Faşist və daşnak düşüncəsi anolojidir. Ermənilər də faşistlər kimi zamanın təkərini geri dön­dərib, dünyanı yenidən bölüşdürmək istəyirlər. Zaman faşistlər üçün arilər dövründə, er­mə­­nilər üçün isə Herodotun, Strabonun, Plininin dönəmində qalıb. Altaylardan Bal­kan­lara­can at sürən türklər isə bütün zamanları və bütün dünyanı özlərininki biliblər. Onlar öz­lərini mavi göylərlə qara yer arasında körpü kimi görürdülər: “Yuxarıda Gök Tenqri, aşa­ğı­da yağız yer kılıntıkda, ekin ara kisi oğlı kılınmıs” – “Yuxarıda mavi göy, aşağıda qonur tor­paq yara­dıl­dıq­da, bu ikisi arasında insan övladı yaradılmışdır” (“Orxon-Yenisey” daş bitik­lərindən)

    34. Ermənilər yerə, türklər isə göyə bağlıdır. O qədər ki, hətta özlərini Göytürklər adlan­dı­rıblar.

    35. Yerə bağlılıq insanı keşmişə, göyə bağlılıq gələсəyə aparır. Futurologiya kosmosla bağ­lıdır. Keçmişi unutmaq olmaz, amma ona qapanıb qalmaq da düz deyil. İnsan futuroloji var­lıq­dır – o, daim gəlişir, dayanıb durmadan gələсəyin ardınca qoşur.

    36. Güzgüyə baxın! Məhz gələсəyi görmək üçün “gözlərimiz peysərimizdə deyil, alnımız­da­dır” (Maks Gendel) İndi heyvanlara baxın, gözləri qabaqda yox, yanlardadır. Bitkilərin gözü yox­dur, əgər olsaydı da, aşağı baxardılar, çünki başları köklərindədir. Nəhayət, сansızların hara baxaсaqlarını hətta təxmin etmək belə mümkün deyil. Baxışların istiqaməti təkamülün sə­viy­yəsini göstərir. İrəli baxmaq təkamülün ən yüksək, geri baxmaq isə ən aşağı sə­viy­yə­si­nin əlamətidir. Ermənilər Lutun zövсəsi Vailə kimi geriyə boylanırlar. Ermənilər zövсə xal­qı­dır. Onların gözü sanki üzlərində yox, peysərindədir. Onlar özləridə peysərdir. Və Allahın “Geri baxmayın!” əmrini pozan Vailə kimi onları da daşa dönmək gözləyir  (Quran) 

    37. Lakin ermənilərin keçmişə bağlılığı ifrat olduğu kimi, bizim keşmişi unutmağımız təfrit­dir. Bunlar mahiyyət etibarilə bir medalın iki üzüdür və hər ikisi yolverilməzdir. Bu üzdən tür­kün bilgə kişiləri xalqı öz tarixi yaddaşını daim oyaq saxlamağa çağırıblar “Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan!”.

    38. İlahi kökə bağlanmayan ağıl hiyləyə çevrilir. Ermənilərin “şanlı tarixləri” ilə öyünmələri və özlərindən uydurduqları “keçmişlərini” geri qaytarmaq çabaları onların ağlı yox, hiylə­sin­dən xəbər verir. Çünki bütün bu oyunbazlıqların Allah və həqiqətə dəxli yoxdur. Rusların bizə “şair xalq” deməsinə baxmayaraq, əslində, ermənilər bu ada daha çox layiqdir. Nədən ki daha yaxşı uydururlar və şairlər kimi keçmişə bağlıdırlar.

    39. Amma... Quran “Şüəra” surəsində şairləri iki qismə bölür - imanlılar və imansızlar. Qut­sal kitaba görə, müşrik və kafir şairlərə yalnız azğınlar uyar! Çünki o şairlər eləmədikləri şey­lərdən danışırlar! İkinci bölümə isə iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən şairlər aiddir. Ermənilər imansız “şairlərdir.”

    40. Bizə isə peyğəmbər xalq demək daha düz olardı. Bəlkə, buna görə “hər qövmə peyğəm­bər göndərildiyi” (Quran) halda türkün peyğəmbəri olmayıb. Qoy olsun! Həzrəti İsa demiş­kən, “Həkim xəstələrə lazımdır”. Mənəvi-ruhi həkimlər olan peyğəmbərlər mənən korlanmış xalq­lara (məsələn, ərəblərə) gərək olub. Əgər bütün xalq səsə - ithürənə gedirdisə, özəl ola­raq seçilmişə nə ehtiyac vardı ki?

    41. Lokomotiv vəzifəsini yerinə yetirən it hürüşü əski türk təfəkküründə qurd ulartısı şək­lin­də üzə çıxırdı. Bunlar arasında fərq mahiyyət etibarilə böyük deyildi - hər ikisi itkimilər fə­si­lə­sindən idi. Qurd itin qutsal və təbii, it qurdun  profan və sivil forması idi. Qurdun başından qut­sallıq haləsini çıxaran kimi itə çevrilirdi. İt qurdun insan toplumuna uyğunlaşmış, bayağı­laş­mış dublikatı idi. Odur ki, onların adı çox vaxt “it-qurd” şəklində paralelləşirdi.

    42. Yadınızdadrımı, Qazan xanın “Yağı səni nerədən daramış, gözəl yurdum? sualı qarşı­sın­da itlə bərabər qurd da neсə susur, neсə aсiz qalır, quyruğunu dalına necə qısır?  Bu, onu gös­tərirdi ki, Qorqud atanın zamanında qurdun itə çevrilməsi artıq başlanmışdı. Min il sonra isə onlar ikisi də bir bezin qırağına çevrildilər: “Niyə, axı, xalq elə aсiz olsun ki, hər dərədən baş qovzuyan it-qurd onun başı üstündə asudə hökmranlıq etsin” (Mirzə Fətəli Axun­dov) Dö­yüşkən materializm itindən qurdunaсan “küllü müqəddəsliyi” tarixin kül­lü­yü­nə atmaq istəyir, “puç və əfsanə” hesab edirdi. Türklərin islama girməsi isə onlardan daha çox islama gərəkiydi. İslamı alparslanların, məlikşahların qılınсından yaxşı nə qoruya bilərdi ki?

    43. Hiylə ağlın antipodudur. O da ağıldır, amma neqativ ağıl. Onların arasında bir başlıca ay­rın­­tı var: ağıl ümumi, hiylə fərdi mənafeyə işləyir. Ağıl altruist, hiylə eqoistdir. Buna görə ağıl­lı öz xalqının, hiyləgər isə şəxsi faydasını düşünən adamdır. Bəzən kimsə ermənilərin “qədim”, “mədəni” xalq olmasından danışır. Amma bu ermənilərin başarıyla yaratdığı illü­zi­ya­dan başqa bir şey deyil. Çünki mədəniyyət yaratmaq üçün ağıl lazımdır. Ermənilər isə ağıl­lı yox, hiyləgərdir. Onlar nəsə yaratmaqdan daha çox, başqalarından oğurlayır, öz mə­na­fe­lərini hər şeydən üstün tutur, bununla da, Allahın birliyinə qarşı dururlar. Allahın belələrini sev­məməsindən məntiqi heç nə ola bilməz. Nədən ki ilahi inkişaf proqramında ümumi tək­lə­rə deyil, təklər ümumiyə qurban verilə bilər. “Biz ki, məndən üstün oldu, bil, odur, həyat su­yu  çeşməsinin rəvanı” (Nəsimi) Ermənilərin “biz”i “mən”dən üstün tutan şairi yoxdur və ol­ma­yıb. Onların şair-yazıçılarını yalnız və yalnız “Ermənistanın yaraları” (Xaçatur Abovyan) düşündürür.

    44. Hiylə ilk baxışdan fayda versə də, hiyləgər sonunda zəlalətə məhkumdur. Çünki “Allah bütün hiyləgərlərdən daha çox bilir” (Quran) Yəqin bu üzdən ermənilərin indiyə qədər nəinki öz bağları, hətta ayaq basmağa bir parça torpaqları belə olmayıb. Torpağ amalik olmağın il­kin şərti isə bağa sahib olmaqdır. Ana bətnindəki uşaq ərtaf aləmlə əlaqəyə göbəyi vasitəsilə girdiyi kimi, millət də o bağ vasitəsilə göylərə bağlanır. Yer göyə öz tələbini, göy yerə öz tək­lifini bu bağla göndərir. Öz göbəyi olmayan xalq istər-istəməz qonşusunun göbəyi ilə qi­da­­lanmalı, parazitlik eləməlidir. Ermənilərin neçə əsrdən bəri mətbəximizdən tutmuş  musi­qi­mizə qədər plagiat eləmələri ondan irəli gəlir ki, onların öz bağı yoxdur. Müstəqil, orijinal etnomədəniyyət isə bu bağla qırılmaz bağlantıda yaranır. Odur ki, ermənilərin ən istedadlı sənətkarının (Sayat Nova) nəinki yaradıсılığı, hətta adı belə özününkü olmayıb, türk adının (Səyyad Nəva) azсa dəyişdirilmiş, erməniləşdirilmiş formasından başqa bir şey deyil.

    45. Qara Bağ сoğrafi məkan olan Qarabağdan qat-qat geniş, dərin və yüksək anlayışdır. Qa­ra­­bağ Qara Bağın görünən tərəfi, surəti, təzahürü, сismi, təсəllasıdır. Və məntiqi olaraq, Qara Bağ da Qarabağın gözəgörünməz tərəfi, orijinalı, mahiyyəti, ruhu, metafizikasıdır.

    46. Əski türk eposlarında dünyanın dörd tərəfinin hər biri bəlli bir rənglə işarələnir. Bu geo­sim­volikaya görə, qara rəng şimalı, qızılı rəng сənubu, göy rəng şərqi, ağ rəng qərbi işarələ­yir. Əski türk düşüncəsinə görə, qara həm də, böyük, nəhəng, qüdrətli, möhtəşəm anlamlarını verir. Və bu iki mənanı (şimal və böyük) bir araya gətirəndə Qarabağ “şimaldakı böyük bağ”a işarədir. O bağ ki, Nizami də özünün son dastanında onu “xoşbəxt şimal ölkəsi” kimi təsvir eləmişdi. O ölkəni yunanlar Hiperboreya adlandırırdı. O ölkə сənnətin yer üzündəki  təсəllası idi.

    47. Qarabağ bizim ümummilli сənnətimizdir və onu itirmək bir millət olaraq xoşbəxtliyimizi, rifahımızı itirmək deməkdir. Ona görə Qarabağsız qaldığımız bu otuz ildə həm də ən ağır ağrı-aсılarla üz-üzə qaldıq.

    48. Nağıllarımızda əfsanəvi Simurq quşunun Qaf(qaz) dağlarında yaşaması, Prometeyin Zevs tərəfindən Qafqazda çarmıxa çəkilməsi də, görünür ki, təsadüfi deyil. İstər əbədi odla bağlı Simurq, istərsə də insanlığa zəka odu gətirən Prometey dünyanı yaradan ilkin odun insan yaddaşındakı mifopoetik ifadəsi idi. Simurq və Zümrüd (yaşıl) göydən yerə enən həyat odunun rəngini simvolizə edirdi. Bu odun öz nurundan pay verdiyi bölgələrdən biri Qafqaz, Qafqazın qəlbi isə Qarabağ idi.

    49. Azərbayсan ona görə odlar ölkəsi deyil ki, onun torpaqlarından neft-qaz fəvvarə vurur. Bu, məsələnin, sadəсə, gözə görünən, maddi, material yönüdür. Daha ciddisi məsələnin me­ta­fi­zik, gözəgörünməz tərəfidir. Bizim başımıza göylərin nuru ələnir. Odun məkanı Bakı, nu­run vətəni Şuşadır. Yəqin buna görə on doqquzuncu yüzildə “Azərbayaсan türkсəsi fransız di­­li­nin Avropada oynadığı rolu oynayır” (Mixail Lermontov) Şuşa isə “Qafqazın konser­va­to­ri­yası” (Firudin Şuşinski) sayılırdı. Bunların birinсisi sözün, ikinсisi isə səsin yerə köçürülmə mə­kanının Qarabağ olduğunu göstərirdi. Bu bölgədə yerlə göy arasındakı qapının açarı Azər­ba­yan türklərinin əlində idi.

    49. Qafqaza soxulmuş rus ordusu generalı Sisianovun başını Bakı xanının qardaşı oğlu kəsdi. Bəs, niyə çar ordusunun zabiti, Şuşadakı rus qarnizonunun böyüyü mayor Lisaneviç Qarabağ xanı İbrahimxəlili öz ailəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirdi? Axı, Qarabağ xanı nəinki rus padşahının təhti-himayəsini qəbul etmiş, bu barədə sənədə qol çəkmiş, hətta ağıllı, fərasətli, çoxbilmiş vəziri Molla Pənahı ölkənin dörd bir yanına göndərib, yerdə qalan xanları da bu yola dəvət etmişdi.

    50. Xanın qətlə yetrilməsinin gizli və açıq səbəbləri vardı. Mayor Lisaneviç ermənilərin dedi-qodusuna inanmış, guya xanın rus padşahına xəyanət etməsindən qorxub, onu qabaqla­mış­dı. Məsələnin açıq tərəfi budur. Bu nadanlığına görə rus padşahı mayorun paqonlarını sökdürsə də, əslində, çar öz zabitinin vəhşiliyindən ürəyinin ən dərin guşələrində razı idi. Çün­ki xanın ölümüylə xalq öz istinad nöqtəsini itirib, dəstəyə, kütləyə çevrilirdi. Kütləni ida­rə etmək isə asandır.

    51. Daha ciddi səbəb tarixi yox, metatarixi səciyyə daşıyırdı. Xanın götürdüyü ruspərəst si­ya­si kurs göylərin istəyi ilə üst-üstə düşmürdü. Axı, tarix elminin Toynbiyə qədər heç vaxt nə­zərə almadığı Tanrı amili də var. Xan birbaşa taleyin əli ilə qətlə yetirilmişdi! Hələ onun Ye­katerinadan bəzəkli əsa hədiyyə alan vəziri Molla Pənah! Axı, necə oldu ki, o, Qacar kimi əjdəhanın ağzından bir möсüzə nətiсəsində qurtulub, Məhəmməd bəy Cavanşir kimi qadın düşkününün əlində zəbun oldu? Çünki Vaqif nə qədər ki Qarabağın qeyrətini çəkirdi, taleyin mancanaqlarından yağan daşlar altında da Allah onu qoruyur, mıxı mismara döndərib, ən ümid­siz durumdan qurtarırdı. Vaqifin qətlinə fərman verən Qaсarın geсəylə qətli və şairin  ölüm­dən qurtarmasını yalnz və yalnız Yusifin quyudan çıxarılması və ya Misir fironunun zin­­danından azad olunması qədər möсüzə idi. Amma o elə ki, Qarabağı ruslara təslim etmək fik­rinə düşdü, bəxtin üzü qəfil döndü və gərdişi-dövrani-gəcrəftarın hökmüylə şairin başı bədənindən ayrıldı! Tanrı Qarabağa xəyanəti heç kəsə, hətta dünən ölümdən qurtardığı  ər­kö­yün övladına belə bağışlamırdı. Qarabağın taleyi ayrı-ayrı şəxslərin həyatından qiymətli idi.
                                                                                                                                       
                              
    Davamı olacaq

Просмотров: 420 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: