20.50.40
HADİSƏ

Dəhşətli qəzada yanaraq ölən yüksək vəzifəli şəxslər var


Noyabrın 16-na keçən gecə Bakıda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsinin və daha bir nəfərin öldüyü dəhşətli qəza ilə bağlı bəzi məqamlar aydınlaşıb.

 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən verilən məlumata görə, 90 AR 902 dövlət qeydiyyat nişanlı "Hyundai Sonata” markalı avtomobilin Bakı-Astara yolunun 46-cı kilometrliyində dəmir maneəyə çırpılması və yanması ilə nəticələnən qəzada ölən 1969-cu il təvəllüdlü Camalxanovov Elxan İdris oğlu nazirliyin tikinti şöbəsinin rəhbəri olub.
Qəza zamanı avtomobildə olan digər şəxsin adı isə Vüqardır. O, nazirliyin sifarişlərini yerinə yetirən podratçı şirkətin vəzifəli şəxslərindən biri imiş.
Qeyd edək ki, Qaradağ rayonu ərazisində baş verən qəza nəticəsində yanğın olub və hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Yanan maşın söndürüldükdən sonra yanaraq ölmüş şəxslərin meyitləri çıxarılıb.
Qəza ilə əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq davam edir.


Nizam RZA
Просмотров: 749 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: