13.43.53
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İQTİSADİYYATI

HEYDƏR ƏLİYEV VƏ İQTİSADİ İNKİŞAFIN AZƏRBAYCAN

MODELİ

İdarəçilikdə humanizm prinsiplərini rəhbər tutan Heydər Əliyev demokratik və sivill cəmiyyətin qurulmasının fundamental əsaəlarından olan qanunun aliliyinin təmin edilməsinə daim xüsusi diqqət yetirmişdir.

Bu kontekstdə hakimiyyət bölgüsünü xarakterizə edən islahatların həyata keçirilməsi istiqamətində konkret addımlar atmış, imzaladığı hüquqi sənədlərə mülki cəmiyyətin formalaşmasında mühüm nailiyyətlərin əldə onunmasını təmin etmişdir. Ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün real zəmin yaratmışdır. Ulu öndərin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası, bu baxımdan, Azərbaycanın milli dövlətçilik tarixinin ən əhəmiyyətli faktlarından biridir. Dövlətin idarə olunmasında hakimBuiyyət bölgüsünün Avropa təcrübəsinə uyğun həyata keçirilməsini özündə ehtiva edən Konstitusiya hüququ, demokratik dövlət quruculuğu işində mükəmməl bir sənəd rolunu oynayaraq demokratik cəmiyyətin başlıca prinsip və meyarlarını müəyyən etmişdir. Azərbaycanın sürətli tərəqqisini şərtləndirən mühüm cəhətlərdən biri də ulu öndərin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan ibarət olmuşdur. Özəlləşdirmə prosesinə start verilməsi, torpaq islahatlarının uğurla başa çatdırılması, xarici investisiyaların ölkəmizə axınını təmin edən strategiyanın həyata keçirilməsi Azərbaycanın azad bazar iqtisadiyyatı mühitində ilk uğurlu addımlarına təkan vermişdir. Bütün bu addımlar sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edilmiş, əvvəlki hakimiyyətlərin səriştəsiz siyasəti nəticəsində böhran mərhələsinə qədəm qoymuş infilyasiyanın qarşısı alınmışdır.
"Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir”-deyən ulu öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaranmış daxili sabitlik və dünya miqyasında Azərbaycanın artan nüfuzu 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi” adı ilə yeni tariximizə düşən ilk transmilli xarakterli neft müqaviləsinin imzalanması ilə nəticələnmişdir. Belə bir müqavilənin imzalanması və müqavilədə dünyanın əksər qütblərini təmsil edən transmilli korparasiyaların özünə yer alması Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən strategiyanın təntənəsi idi.

                                                                      Paşa Muradov,

                                       Tovuz rayon mərkəzi xəstəxanasının baş həkimi

Просмотров: 858 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: