22.38.51
İctimai həyat
Azərbaycanda öpüşmək problem deyil, ancaq pulladır

Yazıçı-publisist Əli Əkbər Azərbaycanda "küçədə və digər yerlərdə öpüşməyin problem olmadığını, lakin öpüşməyin pulla olduğunu” deyir. Onun fikrincə, öpüşməyə pul kəsən polislərdir.
Məhz bu səbəbdən yazıçının ideyası ilə keçən bazar gənclər "hisslərini və azadlıqlarını gözəl öpüşlə ifadə etməyə” çağrılıb. Amma məqsədi cəsarətli olmaq və "polis özbaşınalığına” etiraz olan aksiya baş tutmayıb.
"Sevgili ilə küçədə öpüşməzlər"
Əli Əkbər BBC Azərbaycancaya deyib ki, aksiya Facebookda açıq olduğuna görə, iştirakçılar arasında mübahisə düşüb.
Bəziləri bu tipli görüşlərin "milli əxlaqa, adət-ənənə”yə zidd olduğunu bildirib.
Hətta iştirak edənlərə "zor təşkil ediləcəyi”, "polisə şikayət edildiyi” və radikallığı ilə seçilən "Bakı kəndlərindən sakinlərin dəvət ediləcəyi” kimi fikirlər səslənib.
Aksiyanı qəti pisləyən istifadəçilərdən biri yazıb: "Niyyətindən asılı olmayaraq, aksiyaya gələcək hər bir adamı daha bir sürpriz gözləyir...”
Bundan başqa, insanların əksəriyyəti, "sevgili ilə küçədə öpüşməzlər”, "ər-arvad münasibətlərinə görə ev var”, "Nə vaxt oğlan o qızı alar sonra öpər, bildin?" kimi cümlələr yazıb.
Təşkilatçılar isə müxtəlif etiraz zəminli məktublar alıb. Ümumilikdə, hər bir etiraz məktubunda İslam dinində günahlıların düşəcəyi "cəhənnəm" xatırladılıb.
Etirazları ictimaiyyətdə tanınmış bəstəkar, publisist və aktivistlər cavablandırıb.
Bəstəkar Elmir Mirzoyev yazır: Aqrar təfəkkür məhv edəcək bunları”.
Bəstəkar Firudin Allahverdi isə, səhifədə tez-tez adı çəkilən "qeyrət” sözünə andınlıq gətirib: "Birində bu dəyər tayfa və ya ailə bağlılığı olan adamdır, digərində bir ideyadır, bir başqasında konkret şəxsin konkret bədən üzvü, lap başqasında tutaq ki, dövlət büdcəsi və s..”
Əli Əkbər deyir ki, etirazların səbəbi "azad və cəsarətli gənclərə qısqanclıqdır”.
Aksiyaya dəvət edilən 424 nəfərdən 144 nəfəri gələcəyini təsdiq edib.
"İctimai asayiş"
Bakıda sevgililərin getdiyi əsas yerlər bulvar, Dağüstü Park, ümumiyyətlə, bütün şəhəriçi məkanlardır. Lakin bu yerlər hər zaman polis işçiləri tərəfindən nəzarətdə saxlanılır.
Öpüşə görə necə pul alındığını izah edən Əli Əkbər deyir: "Öpüşmək pulladır”.
"İctimai aşayişi” qoruduqlarını deyən polislər öpüşən cütlüklərdən 10 manatdan 50 manata, bəzən də daha çox pul alır. Pul verməyənlərə isə "bölməyə aparılacağı, qızların isə valideynlərinə şikayət ediləcəyi” deyilir.
Aksiyanın səhifəsində təkcə sevgililərin deyil, eyni zamanda dostlar və rəfiqələrin dəvət olunduğu və yanaqdan öpmək də təklif edilsə də, nədənsə heç kim bu cümləyə fikir verməyib.
Azərbaycanda son üç ildə flaşmob təşkil edilir. Bu hadisələrin təşkili adətən Facebook şəbəkəsi üzərindən həyata keçirilir.
Просмотров: 687 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: