19.25.00
Kriminal

Bakının mərkəzində naməlum kişi xüsusi amansızlıqla qətlə yetirilib
Bu, son iki gündə Bakı şəhərində baş vermiş üçüncü qətl hadisəsidir. 
Bakının mərkəzində dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Səbail rayon Prokurorluğundan bildirilib.

Hadisə bu gün 17.00 radələrində, Neftçilər prospekti 59 ünvanında, hazırda istifadədə olmayan, Hərbi Komissarlığın keçmiş binasında qeydə alınıb. Şəxsiyyəti hələlik istintaqa məlum olmayan 30-35 yaşlarında naməlum kişi çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə yerinə Səbail rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat qrupu çıxıb. Hadisənin hansı şəraitdə və kimin tərəfindən törədildiyi bilinmir.
Baş vermiş hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri aparılır.
Qeyd edək ki, bu, son iki gündə Bakı şəhərində baş vermiş üçüncü qətl hadisəsidir. Ötən gün Yasamal rayonunda iki qətl baş verib.

Просмотров: 652 | Добавил: afgan73 | Рейтинг: 4.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: