17.16.39
LIDERLƏR

MÜSTƏQİLLİYİMİZİ  DÖNMƏZ  EDƏN LİDER

Əsrlər boyu xalqımızın azadlıq arzusunu, milli azadlıq, istiqlal uğrunda mübarizəsini, dirçəliş hərəkatını boğmağa çalışan qüvvələr olmuşdu. Xalqımız dəfələrlə öz milli azadlığına nail olmuş, milli dövlətini yaratmış, lakin sonralar müxtəlif səbəblər üzündən onlardan məhrum olmuşdur.

Ən nəhayət, bu gün Azərbaycan müstəqil dövlətdir və dövlətin yaradıcısı kimi şübhəsiz ki, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyev tarixdə qalacaqdır.
Heydər Əliyev Azərbaycan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu, demokratik yeniləşmə, iqtisadi islahatların aparılması, Ermənistanın hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması daxili, xarici siyasətin əsas istiqamətləri və ictimai-siyasi həyatın digər həlli vacib olan məsələləri uğrunda gördüyü əməli işlər danılmazdır. Azərbaycan Respublikasına ayrı-ayrı naşı şəxslər rəhbərlik etdiyi vaxtlar hamı kimi mən də yaxşı tanıyıram. Qətiyyətlə deyə bilərəm ki, heydər Əliyevin siyasi məktəbini örnək hesab edirəm. Bu məktəbin Azərbaycan dövlətçiliyi uğrunda hansı rol oynayacağını xalqımız kimi mən də çox gözəl bilirəm. Hələ gələcəkdə neçə-neçə nəsillər bu məktəbdən bəhrələnib müstəqil dövlətimizə öz bəhrələrini verəcəklər.
Özünün böyük siyasi öndərini itirən xalqımız bu itkinin dözülməz olduğunu yaxşı anlayır. Xalqımız Heydər Əliyev ətrafında sıx birləşməklə Heydər Əliyev şəxsiyyətinə, onun siyasi kursuna olan inamlarını bir daha sübut etdilər. Ən ağır zamanlarda Azərbaycan xalqı Heydər Əliyev dühasına sığındı və bir daha xilaskarını tapdı. Ulu öndər Heydər Əliyevin xalqımız, dövətçiliyimiz üçün gördüyü işləri sadalamaqla qurtarmaz. Xalq hər şeyi yaxşı görür və qiymətləndirir. Hamı gözəl bilir ki, bugünkü bütün nailiyyətlərə görə hamımız dahi şəxsiyyət, tarixi şəxsiyyət, dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevə borcluyuq. Bundan sonra da Heydər Əliyev siyasi məktəbindən bəhrələnən doğma Azərbaycanımız ən yüksək inkişafına nail olaraq dünya miqyasında layiqli yerini tutacaqdır.

                                           İlham İbrahimov,

                       Ağstafa rayon əhalinin sosial

 müdafiəsi mərkəzinin direktoru

Просмотров: 845 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: