14.49.39
MƏKTUB

                    NÖVBƏTİ İFTİRA

Oxucuların nəzərinə çatdıraq ki, çox əfsuslar olsun ki, işlərində şantaja, hərbə-zorbaya önəm verən jurnalistlərimizin sayı bugünkü gündə azalmaq əvəzinə çoxalır. Bu da xalq arasında mətbuata inamsızlıq yaradır. Belə hallar da dövlət və dövlətçiliyimizin prinsiplərinə ziddir. Ən azından gəzdikləri torpağa və mənsub olduqları millətə hörmətlə yanaşmalıdırlar. Hətta böhtan xarakterli yazılar verərkən insani keyfiyətləri unadaraq, belə qərəzli yazılarla dövlətə və xalqa layiqincə xidmət göstərən dövlət məmurlarının adına və işinə kölgə salmaqdan çəkinmirlər. Amma unutmayaq ki, şah QANUN deyil, qanun ŞAHDIR. Bu cür dələduz insanlar hər bir əməllərinə görə, qanun qarşısında gec-tez mütləq cavab verəcəklər. Saytlarda verilən böhtan xarakterli materialların belə desək,  növbəti “qurban”larından biri Lerik rayon Məhkəməsinin hakimi T.Abbaslıdır.
         Araşdırmamız zamanı 02.09.2014-cü il tarixdə müxalifət yönlü  saytlarda gedən «Мəhkə­mə hakimi qardaşı arvadını döydü» başlığı altında verilən yazı ilə bağlı araşdırma zamanı məlum oldu ki, məhkəmə hakimi T.Abbaslının Həmidxan Abbasov və Xətayə Abbasova ilə heç bir rəsmi qohumluq əlaqəsi yoxdur və T.Abbaslı təxminən 10 ilə yaxın bir müddətdir ki, onlara görməyib və heç bir təmasdа olmayıb. Bundan əlavə bir neçə müddət bundan əvvəl Xətayə Ab­ba­sova T.Abbaslının kiçik qardaşı Əlyar Abbas barəsində onu döyməsi ilə bağlı İmişli RPŞ-nə ərizə ilə müraciət etmiş və araşdırma nəticəsində şikayətdə göstərilən faktlar öz təsdiqini tapmadığından 10 avqust 2014-cü il tarixdə cinayət işinin başlanmasındanimtina edilmişdir. Hətta bu da məlum olmuşdur ki, son üç ayda T.Аbbaslı ümumiyyətlə İmişli rayon ərazisində olmamışdır.

P.S. Jurnalist deyiləndə  ilk öncə göz önünə şərəf, vicdan və ləyaqət gəlir. Çalışaq ki, xalq arasında bizə olan inamı, hörmət və izzəti qoruyub saxlayaq.

Araşdırmanı apardı  Günel Yusifqızı

Просмотров: 2124 | Добавил: afgan73 | Рейтинг: 6.0/5
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: