11.34.21
MÜNASİBƏT

                              İnsan həyatdan bezə bilərmi sizcə???

Onda gəlin bu mövzuya diqqət yetirək...İstəməzdim ki, ilk yazımi belə kədərli mövzuyla başlayım. Əslində hər bir işin ən azı bir səbəbi olduğu kimi, bu mövzunu da yazmağımın bir səbəbi var.Bu səbəb- yaxınlarda eşitdiyim intihar hadisələri olub. İnsan övladı öz şirin canına qəsd edir! İlahi, dəhşətə bax! Elə hey düşünürəm və bu fikir məni rahat buraxmır. Ona görə də qələmi əlimə alıb fikirlərimi ağ, tərtəmiz vərəqə köçürməyə qərar verdim.Niyə bu dövrdə yaşları az olan insanlar həyatdan belə tez bezirlər??? Görəsən bunun səbəbi nədir??? Təsəvvür edin... Hələ ömrünün 20-40 il həyatını yaşayan bir insan artıq öz ölümünə özü qol çəkir. Özünü asır... İnsan özü özünün cəlladıdır! Qalxır dar ağacına və ... həyatına son qoyur! İlk duyduğumda onları qınayıram. Çünki bildiyimə görə, İslam dinində özünü öldürmək günah sayılır. Bəs bu insanlara günah yazılmır??? Yazılır əslində... Onların bu dünyada nə qədər qatı açılmamış işləri elə örtülü qalır...Təəssüf...Bəs o işlər öz sahibini axtarmır???Bəlkə də dili olsaydı o işlərin "gəl" deyir, ya da görməli olduğun və hələ qatını belə açmadığın işlər onu haraylayır... Amma "O" yoxdur! Olmayacaq da! Allahım, sən dərdin ağırlığına bax! Geridə qalan insanlar, kimlər ki, həmin adama bir zamanlar can deyib can eşidirdilər... Bəs onlar??? Allah geridə qalanlara səbir versin!Amma hərdən düşünürəm və o insanları anlamağa çalışıram. Bir insanın bu qədərmi dərdi, problemi olar??? Öz şirin canından da böyük... Yenə də anlamıram! Demirəm ki, yaşamaq asandır, hamı əzabsız yaşayır bu həyatda!Amma unutmayaq ki, ölüm anı bir haldır! Hər an, hər dəqiqə bizimlədir. Bu həyatın çətin, əzablı yollarında qəti addımlarla getməyi hər birimiz bacarmalıyıq! Kaş ki! _ deyirəm! Kaş ki, heç kim şeytana uyub öz əqidəsindən dönməyəydi... Ah bu "kaş ki"lər!  Nə qədər olar axı!

İstəmirəm bu kəlməni söyləmək! "Lənət olsun şeytana"!

Ədalət Xəlilov

Просмотров: 958 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: