08.45.01
Quranda qeyd edilir ki bir neçə qadını özünə kəniz edə bilərsən

Quranda qeyd edilir ki bir neçə qadını özünə kəniz edə bilərsən

Pərvin Abışova: "Mənim fikrimi yəni öz düşüncələrimi bilmək istəsənizsə, istər Tövrat ,istər İncil, istər Quran, istərsə də Avesta -hamısı bir-birinin təkrarıdır və bir amala qulluq edir."

“Məhəmməd peyğəmbərin çoxarvadlılığına dindarlar çox don geyindirirlər. Gah bunu tərəfdarların döyüşə gedərkən arvadları başsız qalmasın, gah da kasıb,dul qadınlara himayədarlıq etmək məqsədiylə edirdi deyirlər.“ Bu sözləri Xəzərİnfo-ya müsahibəsində, Jurnalist Pərvin Abışova söyləyib. - Pərvin xanım bu gün dindarların əksəriyyətinin sərt və radikal olmağı sizcə nədən qaynaqlanır? Sərt və radikallıq onun inandığı inancla bir bağlılığı varmı? - Dindarların aqressivliyi onların savadsızlığından irəli gəlir.Bir çox fanatik dindarlar var ki, onların demək olar Qurandan xəbərləri yoxdur.Təsirə düşərək bu qənaətə gəliblər.Ağızdan eşitdikləri hədislərlə, bir iki ayə ilə,ayə də deməyək ayələrdə keçən cümlələrlə fikirlərlə tam dindar müsəlman olduqlarını zənn edirlər. Buna görə də ateistlərlə fikir mübadiləsi apararkən dini bilikləri yetmir.Əksər dindarlar,daha doğrusu özlərini dindar adlandıranların çoxu heç Quranı belə oxumayanlardır.Bu üzdən də iki cümlədən sonra cavab tapa bilmirlər və təhqirə keçirlər.Ən yaxşı halda lənət yağdırırlar. -Qurani Kərimdə Tövrat və İncilin təhrif ( yəni əlavələr) olunduğu bildirilir.Bibliyada isə bunun əksi olaraq heç kim kəlama əlavələr edə bilməz kimi ayə mövcuddur.Sizin düşüncənizə görə hansı doğru söyləyir? - Mənim fikrimi yəni öz düşüncələrimi bilmək istəyirsinizsə, istər Tövrat ,istər İncil, istər Quran, istərsə də Avesta -hamısı bir-birinin təkrarıdır və cahil insanları nəzarətdə saxlamaq amalına qulluq edir.Cüzi dəyişiklik var nağıllarda. Maraqlı olan bilirsiniz nədir? Bir çox məqamlarda biri o birini inkar edir. Çox dərinə getməyəcəm.Primitiv misallar çəkəcəm.Donuzu Xristianlıq halal,İslam haram buyurur. Burada bir balaca düşüncəsi olan insan fikirləşməlidir ki,əgər bu kitabların hər üçünü Allah göndəribsə,niyə birində halal buyurduğunu digərində insanlara haram buyurur? Burda iki versiya var: Ya bu kitablar hansısa insanlar tərəfindən öz mənafeləri naminə yazılıb,ya da Allah yaratdığı bəndələrlə əylənir. - Quranda bəzi ayələrində cariyələrdən,hurilərdən bəhs edilir.Bibliyada isə tamamilə bu anlayış yoxdur. Bu sizcə qərb və ərəb baxışının müqəddəs kitablara sızmasını açıq aydın bir şəkildə göstərən fakt deyilmi? - Bilirsiniz,Quranda Əhzab surəsi başdan ayağa Məhəmməd peyğəmbərin arvadlarına yanaşmasından bəhs edir. Əslində maraqlı nüanslar çoxdur. Bəzi şeylər var ki,mən həmişə bir şeyi aydınlaşdırmağa çalışmışam özlüyümdə . Nəyə görə axı Allah bu ayələri Xədicənin sağlığında yollamırdı? Niyə Məhəmməd peyğəmbər Xədicə vəfat edənə kimi evlənmədi ,amma o öldükdən sonra dəfələrlə evlənib boşandı.Məsələlərə sağlam düşüncə ilə yanaşsaq cavab bəsiddir.Ona görə ki,Xədicə hökm sahibi idi.Dövrünün ən varlı qadını idi və Məhəmməd onun varidatının idarəçisi idi.O,Xədicənin üstünə arvad almaq kimi haqqa sahib deyildi.O zaman Xədicə onu boşayardı,bütün var-dövlət əldən çıxardı.Buna görə də Məhəmmədə evlənmək barədə ayələr Xədicənin vəfatından sonra nazil oldu. Quranda deyilir ki,hər bir imkanı olan müsəlman kişisi digər arvadlar alma ixtiyarına sahibdir.amma Məhəmmədin sağlığında bu haqqı bircə onun kürəkəni Əli qazana bilməmişdi. Bilirsiz niyə? ona görə ki, o,Məhəmmədin qızı Fatimə ilə nikahlı idi.Görürsünüzmü,yenə şəxsi mənafe. - Quranda qadınlarla evləndiyiniz zaman mehrlərini (yəni onlara çatacaq başlıq pulunu) verin deyə əmr edilir. Bir qadın olaraq buna baxışınız necədir? - Mənim fikrimcə Quranda qadınlar çox aşağılanır. Düzdür, bir çoxları bu başlıq məsələsinə başqa bəzək vururlar.Hardan baxılsa boşluqları doldurmaq mümkün deyil.İslam qadına heç bir hüquq tanımır. Qadınlar əşya ilə, heyvanla eyni tutulur.Türk tayfalarının tarixinə nəzər salsaq qadının necə uca tutulduğunun şahidi olarıq. Türk xanımlarının söz sahibi olduğunu hətta dövlət idarə etdiklərini belə tarix sübut edir.İslamı dünyaya yayan ərəblərin İbtidai İcma Quruluşunda yaşadığı tarixə məlum olmayan dövründə Tomris tayfa idarəçisi idi Quranda qeyd edilir ki bir neçə qadını özünə kəniz edə bilərsən.Başqa dindən olan qadınları kəniz kimi cinsi istismara izn verilir. Hətta bunun savab olduğu deyilir. Bu qadının aşşağılanması deyilmi? Buradan aydın olur ki İslam qadınları irqə ,dinə bölür. Ayrıseçkilik ,fitnə yaradır. Ateizmdə belə anlayış yoxdur. Ateistlər insana irqinə,cinsinə, geyiminə görə qiymət vermir. Onlar üçün əsas olan insan faktorudur.Məsələn Quran qadına kəbin kəsildiyində əvəzində pul ödənilməsini təbliğ edir. Nə yazıq ki, hal-hazırda da bu adətlər icra olunur.Təsəvvür edin ki,indiki zəmanədə belə ərə gedən qız üçün başlıq alınır başqa adlar altında.Bu iyrənclikdir.Hətta azyaşlını kəbinə salma qadının nəinki hüquqlarının əlindən alınmasıdır , onlar uşaqlıqlarını belə yaşaya bilmirlər. 9 yaşında uşağın kəbinə salınaraq cinsi istismarı nə deməkdir? Bu yaşda qız uşağı indi 3-cü ya da 4-cü sinifdə təhsil alır.Bunu həyata keçirənin bir adı var: -Pedofil. - İslam peyğəmbəri Məhəmməd peyğəmbərin çox xanımlarının olduğunu heç bir kəs dana bilməz.Sizə görə Məhəmməd peyğəmbər nəyə görə fərqli qəbilələrin qadınları ilə nikaha girərdi? İslamçı düşüncəyə sahib olanlar bunu İslamı daha gözəl bir şəkildə təbliğ etmək üçün etdiyi siyasi bir taktika olduğunu qeyd edirlər.Sizə görə bu belədirmi? - Məhəmməd peyğəmbərin çoxarvadlılığına dindarlar çox don geyindirirlər. Gah bunu tərəfdarların döyüşə gedərkən arvadları başsız qalmasın, gah da kasıb,dul qadınlara himayədarlıq etmək məqsədiylə edirdi deyirlər.Olmazdımı Allah tərəfindən seçilmiş bir elçi bu yaxşılığı cinsi qarşılıq tələb etmədən etsin? Səbəb nə olur olsun, bu Məhəmmədin azyaşlılarla ailə qurmağına bir haqq vermir. Bu sualı onlara verəndə o dəqiqə deyirlər ki,o dövrün 6-9 yaşlı qızları indinin 22 yaşında qadınları kimidi elə bil ki,o dövrü görüblər.Qarşılarına müəyyən faktları qoyarkən cavab tapmayanda ya söyürlər,ya da kafir deyib lənətləyirlər. - Ateistlərin paylaşımına baxdığımız zaman, Peyğəmbərin oğulluğu olan Zeydin qadınını öz nikahına alması məsələsi barədə daha çox müzakirələr aparırlar. Sizin fikrinizcə məqam sahibi olan Peyğəmbəri bu addımı atmağa nə vadar etmişdi? - Əhzab 37-də Allah Zeydin arvadı olmuş Zeynəbi almağı buyurur. Mənim üçün qaranlıq qalan budur ki,müsəlmanların dili ilə desək , insanı yaradan Allah niyə yaratdığı bəndələrin dərdini düşünmür də,peyğəmbərin kimi alıb boşayacağını və ona necə şəkildə yaxınlaşacağını deyir? Peyğəmbəri bu addıma ancaq Zeynəbə olan ehtirası vadar edib .Buna başqa ad vermək olmaz.Heç haqq qazandırmaq da olmaz. Oğulluq əgər sənin evində böyüyürsə, oğlun sayılır. Bir ata oğlunun boşadığı qadını necə ala bilər.O əgər Zeynəbi zinadan qoruyurdusa, bunu yaxın dindaşlarından birinə tövsiyyə edə bilərdi.Silahdaşlarının biri ilə evləndirə bilərdi.Amma belə çıxır ki,Allahı yenə Məhəmmədi ağır sınaq qarşısında qoyur,Əhzab 37-ni nazil edir,deyir keçmiş gəlinini almalısan. Mənim üçün bütün dinlər biznes mənbəyidir.Əgər elə olmasa bu gün Həcci pulsuz ziyarət edərik.Hətta ziyarət zamanı şeytana atılan daşa belə pul ödəyiriksə, burda başqa niyyətdən söhbət gedə bilməz. Vüsal Türkoğlu

Просмотров: 348 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: