02.18.18
Ramazan

İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et!!!

2 Ramazan 1431 – 12 avqust 2010

İmsaq: 05.30
İftar: 20.58

2-ci günün duası: "Allahummə qərribni fihi ila mərzatik.Və cənnibni fihi min səxətikə və nəqəmatik.Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

İlahi, bu gün məni Öz razılığına yaxınlaşdır, qəzəb və intiqamından uzaq et. Sənin ayələrini oxumaqda mənə müvəffəqiyyət ver. Sonsuz mərhəmətinə and verirəm, ey rəhmlilərin ən rəhmlisi!

Ayə: "(Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara) yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər”. /Bəqərə-186/

Hədis: "Sizin aranızda ən yaxşıları Quranı öyrənən və öyrədəndir”.

Просмотров: 739 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: