16.31.36
ŞƏHİD EDİLƏN GENERALLARIMIZ.
Ordu quruculuğuna xüsusi önəm verən Azərbaycan Cümhuriyyətinin 21 generalı olub. 1. Səməd bəy Mehmandarov 2. Əliağa Şıxlinski 3. Xosrov bəy Sultanov 4. İbrahim ağa Vəkilov 5. Həbib bəy Səlimov 6. İbrahim ağa Usubov 7. Hüseyn xan Naxçıvanski 8. Mirkazım bəy Talışxanov 9. Firudun bəy Vəzirov 10. Qalib bəy Vəkilov 11. Daniyel bəy Hələcov 12. Əliyar bəy Haşımbəyov 13. Süleyman bəy Əfəndiyev 14. Teymur bəy Novruzov 15. Əmir Kazım Mirzə Qovanlı-Qacar 16. Feyzulla Mirzə Qovanlı-Qacar 17. Cavad bəy Şıxlinski 18. Əbdülhəmid bəy Qaytabaşı 19. Murad Tlexas 20. Məmməd Sadıq bəy Ağabəyzadə 21. Məhəmməd bəy Sulkeviç 1920-ci ilin bolşevik-daşnak terroru nəticəsində Azərbaycan Milli Ordusunda xidmət edən 12 general, 27 polkovnik, 46 kapitan və ştabs kapitan, poruçik və podporuçik, 148 praporşik və podpraporşik, 266 nəfər digər rütbəli hərbi qulluqçumuz şəhid edilib. General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov, general-mayor Əmir Kazım Mirzə Qovanlı-Qacar, general-mayor İbrahim ağa Usubov, general-leytenant Məmməd bəy Sulkeviç, general-mayor Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı, general mayor Murad Gəraybəy oğlu Tlexas, general-mayor Əliyar bəy Mehdi bəy oğlu Haşimbəyov Nargin adasında güllələnərək şəhid ediliblər. #11
Просмотров: 360 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: