12.15.30
ŞƏXSİYYƏTLƏR

Heydər ƏliyevDAHİ ŞƏXSİYYƏT

 XX əsrin sonları Azərbaycan xalqı üçün çox ağır sınaq oldu. Torpaqlarımıza göz dikən və xaricdəki havadarlarından dəstək alan ermənilərin silahlı müdaxiləsi nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, bir milyonadək əhali öz vətənindən məcburi köçkünə çevrilmişdir. Həmin dövrlər Azərbaycana rəhbərlik edən üzdəniraq, səriştəsiz rəhbərlərin başları vəzifə, kreslo davasına qarışdığından ölkəmiz çox sürətlə dərin uçruma doğru yuvarlanırdı.

O vaxtlar biz çox məşəqqətlərin şahidi olduq. Torpaqlarımızın itkisindən özümüzə gəlməmiş bir-birinin ardınca ağır sınaqlara məruz qaldıq. Erməni faşistləri ilə yanaşı daxili qüvvələr də xalqımızı olmazın bəlalara düçar etmişdilər. Ölkəmiz parçalanmaq, dağılmaq təhlükəsi qarşısında qalmışdı.

Belə bir ağır vaxtda ölkəni məhv olmaq təhlükəsindən xilas edəcək bacarıqlı bir şəxsiyyət, sözü keçən lider lazım idi. Azərbaycan xalqı yekdilliklə dünya şöhrətli siyasətçi, xalqımızın iftixarı, türk dünyasının böyük oğlu Heydər Əliyevə müraciət etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev istiqlal və qurtuluş tariximizə yeni parlaq səhifələr yazdı.

Ötən müddər ərzində görülən işlər, irəliyə doğru atılan möhtəşəm addımlar, həyata keçirilən mühüm islahatlar ümummilli liderin adı ilə bağlıdır. Ümummilli liderimiz 15 iyun 1993-cü ildə ölkə parlamentinə sədr seçilərkən demişdi: "Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Bu tarixi sözlər xalqa ruh verdi, onu hər cür çətinlik və bəlalardan qurtulacağına inandırdı.

İndi fəxrlə deyə bilərik ki, Azərbaycan dünya dövlətləri sırasında layiqli yerini tutur və dünyanın aparıcı dövlətləri ölkəmizin yürütdüyü siyasətlə, onun mövcud durumu ilə hesablaşır. Azərbaycanla birgə əməkdaşlıq layihələri hazırlanır, reallaşdırılır. Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir. Bu gün hər bir Azərbaycan vətəndaşı üçün belə bir məmləkətdə yaşamaq və yaratmaq fəxrdir.

Novruz ABDULLAYEV,
Qazax rayonu üzrə
Maliyyə idarəsinin rəisi

 

Просмотров: 1001 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: