19.02.22
ŞEİRLƏR

Əfqan NƏSİRLİ

AĞRIYIR

Daha dözənməyir dünya dərdinə,
Ağrıyır ürəyim, neynim, ağrıyır.
Nə qədər desəm də baxmır sözümə,
Ağrıyır ürəyim, neynim, ağrıyır.

Beş günlük dünyada kefini çək sən,
Olmayıb tayın, bərabərin, təksən.
Hərdən bu Vətənin dərdini çəksən,
Ağrıyır ürəyim, neynim, ağrıyır.

Həyat yemək üstə quruldu, dəhşət,
Mərdləri arxadan vuruldu, dəhşət,
Dərdləri qəlbimə sovruldu, dəhşət,
Ağrıyır ürəyim, neynim, ağrıyır.

Rüşvət üstə, pul üstündə quldular,
Neçə qızlar ər görməyib, duldular,
Eyş-işrətdə həyatını buldular,
Ağrıyır ürəyim, neynim, ağrıyır.

Düz olanlar yenə düz də qalıbdı,
Dediyi sözləri düzdə qalıbdı.
Yenə nə qalıbsa düzdə qalıbdı,
Ağrıma ürəyim, neynim, ağrıyır,
Ağrıyır ürəyim, neynim, ağrıyır.

Просмотров: 1448 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: