21.16.32
SOSİAL
 "Qazaxıstan yolu” kitabı Azərbaycan dilində nəşr olundu



 Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin bir çox xarici dillərə tərcümə edilmiş "Qazaxıstan yolu” kitabı Azərbaycan dilində nəşr edilib. Lent.az-ın məlumatına görə, kitab millət vəkili Qənirə Paşayevanın və tanınmış yazıçı Elxan Zal Qaraxanlının birgə layihəsi olan "İrs” seriyası sırasında Mahmud Kaşqari adına Beynəlxalq Fond və "Avrasiya” Araşdırmalar İnstitutu tərəfindən buraxılıb. 
 Qazaxıstanın ən yeni tarixini özündə əks etdirən bu kitabda müstəqillik illərində dövlət quruculuğunun çətinliklərindən və uğurlu anlarından bəhs olunur. Müəllif burada xarici dövlətlərlə münasibətləri, ölkə konstitusiyasının qəbulu zamanı qarşılaşdıqları çətinlikləri, Xəzər nefti uğrunda gedən mübarizəni, özəlləşmə prosesini, torpaq islahatlarını, ilk qazax kosmonavtının kosmosa uçuşunu, Astananın yeni paytaxt kimi təşəkkülünü ətraflı surətdə təsvir edir. Qazaxıstanın yeni tarixi ilə maraqlanan bütün təbəqələrdən olan insanlar üçün "Qazaxıstan yolu” kitabı əvəzsiz vəsaitdir. Kitab Azərbaycan dilinə Elxan Zal Qaraxanlı tərəfindən çevrilib. 
Noyabrın 17-də saat 11-00 da Atatürk mərkəzində kitabın təqdimat mərasimi keçiriləcək. Tədbirdə xarici ölkə səfirliklərinin və ölkə ictimaiyyətinin nümayəndələri iştirak edəcək.
Просмотров: 693 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: