18.50.30
SOSİAL HƏYAT

Kəndlərə qaz verilir

YENİ İL ƏRƏFƏSİNDƏ QAZAX RAYONUNUN DAŞ SALAhlI, I ŞIXLI, YUXARI SALAHLI, II ŞIXLI VƏ KOSALAR KƏNDLƏRİ MAVİ YANACAQLA TƏMİN EDİLMİŞDİR

Qazax rayonunda genişmiqyaslı tikinti-quruculuq işləri aparılmaqla yanaşı sosial sahəyə də üstünlük verilir. Yolların abadlaşdırılması, əhalinin fasiləsiz elektrik enerji ilə təmin edilməsi ilə yanaşı kəndlərə qaz çəkilir. İndiyədək rayonun demək olar ki, əksər kəndlərinə yeni qaz xətləri çəkilmiş və bu problem əsasən aradan qaldırılmışdı. Yalnız 5 kənd qazlaşdırılmamışdı. Bu istiqamətdə artıq bir neçə ay idi ki, iş aparılır, kəndlərə yeni qaz xətləri çəkilirdi. Sürətlə aparılan tikinti-quraşdırma işi qısa müddətdə başa çatdırılmış, əhalinin tələbatı ödənilmişdir.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində rayonun daha 5 kəndinə qaz verilmişdir. Das Salahlı, I Şıxlı, Yuxarı Salahlı, II Şıxlı, Kosalar kəndləri qazlaşdırılmışdır. Bununla da Qazax rayonu respublikamızda ilk dəfə olaraq mavi yanacaqla tam təmin olunmuşdur. Bu, rayonun əldə etdiyi ən böyük uğurlardan biridir.

Kəndlərə qaz verilməsi münasibətilə açılış mərasimləri keçirilmişdir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov keçirilən tədbirlərdə çıxış edərək bu əlamətdar gün münasibətilə bütün kənd sakinlərini təbrik etmiş, onlara gözaydınlığı vermişdir. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir ki, bu gün respublikamızın nəinki şəhərləri, eləcə də kəndləri inkişaf edir, abadlaşır. Bu gün kəndlərə qaz verilməsi də ölkə başçısının diqqət və qayğısının daha bir təzahürüdür.

Azəriqaz İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev açılış mərasimlərində çıxış edərək ölkədə aparılan genişmiqyaslı işlərdən söz açmış, bu gözəl gün münasibətilə kənd sakinlərinə öz səmimi təbriklərini çatdırmış, qazdan xeyirliyə istifadə etməyi arzulamışdır.

Tədbirlərdə çıxış edən kənd sakinləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kəndlərin qazla təmin olunmasına görə Prezident İlham Əliyevə kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmişlər.

Çıxışlar başa çatdıqdan sonra kəndlərə qaz verilməsini bildirən məşəl yandırılmışdır.

                   Günel YUSİFQIZI(Qocayeva)

Просмотров: 755 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: