12.02.24
TARIX

MÜSTƏQİL AZƏRBAYCANIN QURUCUSU

 Heydər Əliyev! Bu ad təkcə Azərbaycan tarixinə deyil, bütün dünya tarixinə, xüsusən, ümumdünya siyasət-diplomatiya tarixinə əbədi həkk olunub. Bu həqiqəti çağdaş dünyanın nəhəng, qüdrətli dövlətləri, beynəlxalq aləmdə sözü eşidilən və keçən zaman siyasətçilər bu və ya başqa formada dönə-dönə etiraf və qəbul ediblər.

Dövlətçiliyimizin xilaskarı, xalqımızın müdrik rəhbəri kimi yaddaşlarda yaşayacaq Heydər Əliyev Azərbaycana su və hava qədər lazımlı bir insan idi. Doğrudan da, onun haqqında keçmiş zamanda danışmaq çətindən çətindir. Xalq Heydər Əliyevin ölməzliyinə inanır və bu inamda səhv eləmir: çünki dahilər heç vaxt ölmürlər, onlar qəlblərdə əbədi yaşayırlar. Dahi olduğuna görə ədə Heydər Əliyev şəxsiyyəti Azərbaycan dövlətinin hər bir vətəndaşının, eləcə də bütün dünya azərbaycanlılarının qəlbində daim yaşayacaq!

Xalqımız Heydər Əliyevi xüsusi minnətdarlıq və məhəbbət hissi ilə xatırlayacaq. Çünki müstəqil Azərbaycanın bu gün mövcudluğu ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev respublikada bütün sahələrin maddi-texniki bazasının gücləndirilməsi yolunda çox böyük işlər görmüşdür.

Heydər Əliyev istər Bakıda, istərsə də Moskvada-harada işləməsindən asılı olmayaraq, -həmişə Azərbaycan üçün çalışırdı. Totalitar sovet rejimi Azərbaycana qarşı ögey münasibətinin hökm sürdüyü ötən əsrin 70-ci illərində respublika rəhbərliyinə seçilən Heydər Əliyev öz siyasi bacarığı və qazandığı nüfuzu sayəsində SSRİ dövlətinin imkanlarından Azərbaycanın tərəqqisi üçün istifadə olunmasına nail olmuş, onun inkişafına fədakar əməyini əsirgəməmişdir.

Müstəqillik dövründə yenidən hakimiyyətə qayıdan bu böyük insan ölkədəki xaosu sabitliyə çevirmiş, Azərbaycanı müstəqil dövlət kimi digər dövlətlər arasında tanıtmışdır. Dünyanın ən nəhəng neft şirkətləri Azərbaycan dövləti ilə müqavilələr imzaladı ki, bu da tarixə "Əsrin müqaviləsi” kimi daxil oldu. Azərbaycan dövləti bir sıra nüfuzlu beynəlxalq təşkilatlara üzv oldu, dünyanın aparıcı dövlətləri ilə əməkdaşlığa şərait yaradıldı, kənd təsərrüfatında əsaslı islahatlar aparılmağa başlanıldı.

Bütün bu işlərin görülməsində Ulu Öndərimiz Heydər Əliyevin əvəzsiz və respublikada rəhbər vəzifəyə qatılması prezident seçilməsi bir daha bütün bədxahlara sübut etdi ki, Azərbaycanı bütün bəlalardan xilas edə biləcək Heydər Əliyev kimi müdrik oğlu var. Onun günəş kimi şölə saçan işığının qüdrətindən bu gün ölkəmizdə siyasi sabitlik, vətəndaşların konstitusiya hüquqları bərpa edilib. Bu sabitliyin qorunub saxlanmasında dahi şəxsiyyətin siyasət məktəbində böyük dərs keçmiş ölkə prezidenti cənab İlham Əliyevin xidmətləri danılmazdır.

Azərbaycan Respublikasının möhtərəm Prezidenti, cənab İlham Əliyev də atasının yolunu şərəflə davam etdirərək respublikamızın inkişafına diqqət və qayğı ilə yanaşır, Qarabağ müharibəsinin ədalətli həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirir. Onun hər bir işini ölkə vətəndaşları qəbul edir, bəyənir və dəstəkləyir.

Elşad ÖMƏROV

Qazax Dövlət Sosial

 Müdafiə Fondunun müdiri.

Просмотров: 953 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: