13.30.13
ÜMUMMİLLİ LİDER

Heydər ƏliyevAZƏRBAYCAN - HEYDƏR ƏLİYEVİN

 QURUCULUQ SALNAMƏSİ

Dünya şöhrətli ictimai-siyasi xadim, müdrik dövlət başçısı Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqını xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı və memarı kimi quruculuq salnaməmizin şanlı səhifələrini yaratmağa müvəffəq olmuşdur. Bu gün müstəqil Azərbaycan dövlətinin yaşaması, əbədi prosesə çevrilməsi və qüdrətli ölkə kimi təşəkkülü üçün biz hamımız Heydər Əliyevə borcluyuq.
Xalqın təkidi ilə Heydər Əliyev respublikamıza yenidən rəhbərliyə tariximizin olduqca mürəkkəb məqamında qayıtmışdır. Yalnız siyasi müdrikliyi, polad iradəsi və dövləti idarə etmək istedadı sayəsində qarşıya çıxan bütün maneələri dəf etdi, xalqı düşdüyü bəlalardan çıxara bildi, qoruya bildi. Həmin illər ölkəmiz sınaqdan uğurla çıxdı. Azərbaycan xalqı öz taleyindən narahat idi və buna onun haqqı vardı. Hər bir Azərbaycan vətəndaşı sabit və təhlükəsiz bir cəmiyyətdə yaşamaq istəyirdi və bunun üçün xalqın iradəsinə güvənən qətiyyətli bir siyasi komandanın hakimiyyətə gəlməsi vacib idi. Heydər Əliyevin hakimiyyətə gəlişi də məhz bu tarixi zərurətin məntiqi nəticəsi kimi xarakterizə edilməlidir. 1993-cü ilin yayında Azərbaycan real vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı Sürət Hüseynovla hakimiyyət sturukturları arasında yaranmış münaqişə bütövlükdə dövlətçiliyin taleyini sual altında qoymuşdu. Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqın böyük əksəriyyətinin təkidi tələblərindən sonra Heydər Əlirza oğlu Əliyev ictimai-siyasi sabitliyin yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Elə buna görə də 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Heydər Əliyev müasir dünyanın ziddiyətli və ədalətsiz reallıqlarına dərindən bələd olan bir siyasi xadim kimi, ilk növbədə beynəlxalq müstəvidə təbliğatın düzgün qurulmasına və beləliklə də dünya dövlətlərinin diqqətini işğal faktının əsl səbəblərinə yönəltməyə nail ola bildi. Möhtərəm Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda yeni bir tarixi mərhələnin əsasını qoydu.
Respublikada ictima-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli addımlar atıldı. Bu dövrdən ictimai münasibətlər sistemi təkmil bir strategiya əsasında inkişaf etməyə başladı, iqtisadi tənəzzülə son qoyuldu.

                                                                                     Fərhad Vəliyev,

                                                                       Ağstafa rayon təhsil şöbəsinin müdiri

yevHeydər Əliyev
Просмотров: 940 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: