01.47.05
"yalan ilə doğru"

XIX əsr əfsanəsinə görə bir gün qarşılaşırlar. Yalan Doğruya "Bu gün nə möhtəşəm gündür " deyər. Doğru göy üzünə baxar və dərindən ah çəkərək gün həqiqətən çox gözəldir deyər. Bir yerdə xeyli zaman keçirərlər sonra bir quyunun ətrafına gəlirlər. Yalan doğruya su çox gözəldir gəl biryerdə çimək deyir. Doğru bir daha şübhəylə yanaşar və suyu əli ilə yoxlayar və suyun həqiqətən əla olduğunu hiss edər. Soyunarlar və çimməyə başlayarlar. Və birdən yalan sudan çıxar və doğrunun paltarlarını geyinib qaçar. Əsəbi doğru quyudan çıxar və yalanı tapmaq və geyimini geri almaq üçün həryerə qaçar, Dünya doğrunu çılpaq görəndə aşağılama və əsəb ilə üzünü başqa yerə çevirər. Yazıq doğru quyuya geri qayıdar utanc hissi ilə ömür boyu orada qalar və yox olar. O gündən bəri yalan doğrunun geyimi ilə dünyanı gəzər və topluluqların ehtiyyaclarını tətmin edər. Çünkü Dünya nə olursa olsun çılpaq doğrunu görməyi diləməz.. "Quyudan çıxan doğru " Jean-Leon Gerome

Просмотров: 423 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: