02.51.50 ALMANİYADAN SƏSLƏR | |
QƏLBIMIN QAPISI Bir gün qəlbin qapısını Dönə-dönə hey döydülər Xəyalları unut deyib, Verirdilər hey öyüdlər. *** Sən kimsən ey! Deyə sordum, Cox inamlı bir səs gəldi Mən xəyal yox, real sevgi Sənə həyat həmdəmiyəm! *** Cıx get dedim, mən xəyalam, Bu yerlərdə yaşamıram, Sonsuzluqda, göylərdəyəm, Xəyal dəniz, mən gəmiyəm! *** Bir sevdanın dəlisiyəm, Məhəbbətin əsiriyəm, Demə barsız əkinçiyəm, Xəyal dənim, mən zəmiyəm! *** Bəsdir-bəsdir-bəsdir deyib, Qəlb qapımı hey döydülər, Xəyalları unut deyib, Verirdilər hey öyüdlər. *** Zaman gəldi, vaxt yetişdi, Qəlb qapımı açdım ona Xoşbəxtliyin açarını, Mən əbədi verdim ona! Baku-95 Qardaşıma Həqiqət aradım hər baxan gözdən, Həqiqət gözlədim duyduğum sözdən, Həqiqət axtardım hər türlü şeydən, Həqiqət, Həqiqət yalnız Həqiqət! Bu böyük anlamın varmı mənası? Yamanlıq yaxşıdan çox olsa, Aman! Insanlıq məhv olar, Kainat dağılar Qardaşım, Arifsən tez anla tez tut! Sözün saflığını, sözün özünü Yalan sevmərəm, yalan sanma sən! Ürəyimdən gələn təmiz sözümü. Həqiqət əvəzi yalan görəndə Yaxşının yerinə yaman görəndə Saflığın yerinə nadan görəndə Ay qardaşım, Ay insanlar inanın, Bir pislik gəlməyir, mənim əlimdəm, Yalnız küsməyi bacarıram mən! XALA - Ana kimi əziz! Bir ana tanıyıram gözəl, mehriban Bir ana ki, acığı bir yaz yağışı Bir ana tanıyıram böyük, möhtəşəm Bir ana ki, əzizdir xoşdur baxışı Bir ana ki, qəlbimdə döyünən gücüm Bir ana ki, dilimdə ən əziz sözüm Bir ana ki, qurbandır bu iki gözüm Bir ana ki, əbədi ömrün naxışı Bir ana ki, qədrini heç bilməmişəm Bir ana ki, yolunda bir nur işığı Yaxşı yaman seçəmməmişəm Indi ayılmışam, indi ay Xala! Indi tanımışam Səni bir daha! | |
|
Всего комментариев: 2 | |||
| |||