17.27.52
ASTROLOJI PROQNOZ
Səbuhi RƏHİMLİ(25 oktyabr - 01 noyabr)
 
QOÇ - Bu həftə maliyyə problemlərinizin artdığı üçün özünüzü üzməməlisiniz. Ulduzlar bunun qısa zamanı əhatə edəcəyini bildirir. Belə ki, oktyabrın son iki günündən başlayaraq köhnə dostlarınızın köməyi ilə mövcud çətinliklərinizi dəf edəcəksiniz və pulla bağlı problemləriniz olmayacaq.

BUĞA - Astroloji göstəricilər oktyabrın 27-dək səhhətinizlə bağlı problemlərin yaranacağını bildirir. Göy qübbəsi orqanizminizə uyğun olmayan işlərdən uzaq olmanızı məsləhət bilir. Sonrakı günlərdə isə çoxsaylı sürprizlərlə rastlaşacaqsınız. Nə vatdan bəri pulla bağlı olan çətinlikləriniz tədricən aradan qalxmağa başlayacaq.

ƏKİZLƏR - Hiss olunur ki, oktyabrı kasıblıqla başa vurmaqdasınız. Amma darıxmağa lüzum yoxdur. Ən azı ona görə ki, ulduzlar noyabrda maddi durumunuzun düzələcəyindən xəbər verir. Ayın 30-dan başlayaraq əsas vaxtınızı yalnız bu amilə ayırın. Ağlınız kəsməyən işlərə girişməyin.

XƏRÇƏNG - Göy qübbəsi bu həftənin sizlərə düşərli olacağından bəyan edir. Bir tərəfdən maraqlı insanlarla görüşləriniz, digər tərəfdən şəxsi işlərinizdə baş qaldıran müsbət dönüş sizi sevindirəcək. Amma oktyabrın 28-də yaxınlarınızla münasibətlərinizə xələl gələ bilər. Bunu nəzərə alıb bir az müdrik olun.

ŞİR - Oktyabrın 29-u və noyabrın 1-i sizin üçün bir qədər mübahisəli keçə bilər. Bunun üçün də maksimum təmkin nümayiş etdirməyiniz vacibdir. Həftənin qalan günlərini isə normal şəkildə başa vuracaqsınız. Təcrübəniz olmayan işlərə girişməyin, bir qədər ehtiyatlı olmağa çalışın.

QIZ - Oktyabrın 25-də müəyyən xoşagəlməzliklər baş verə bilər. Xüsusən də pulla bağlı söhbətlərdə ehtiyatlı olun. Nəzərə alın ki, bu ərəfə daxili tərəddüdlərinizi kifayət qədər səngidəcək. İşgüzar görüşlərdə iştirak etmək üçün böyük şanslarınız olacaq. Uzaq səfərləri mümkün qədər təxirə salın.

TƏRƏZİ - Oktyabrın 27-dən şanslı günləriniz başlayacaq. Xüsusən də fəaliyyətlə bağlı uğurlu məqamlarınız artacaq. Evinizə təzə nəsə almaq istəsəniz, məhz bu ərəfəni seçin. Aldığınız hər bir təklifə razılıq verməyə tələsməyin, bir qədər götür-qoy edin.

ƏQRƏB - Astroloji göstəricilər bu ərəfəyə böyük ümidlərlə yanaşdığınızı bəyan edir. Konkret olaraq oktyabrın 27-dən bütün sahələrdə uğurlarınız mümkündür. O vaxta qədərsə əsas enerjinizi münasibətləri yaxşılaşdırmağa yönəldin. Boş məsrəflərə isə ciddi pul xərcləməyin. İstirahət günlərini doğmalarınızla keçirin.

OXATAN - Göy qübbəsi oktyabrın 29-dan noyabrın 1-nə qədər xoş məqamların şahidi olacağınızın xəbər verir. Lakin bu kimi şansları qaçırmamaq üçün özünüz də aktivlik göstərməlisiniz. Əgər daxilinizdə paxıllıq varsa, qısa zamanda ondan təmizlənin. Yoxsa xoş məqamlar sizdən uzaqlaşacaq. Əgər
bunu bacarsanız, uğurlu həftə yaşayacaqsınız.

OĞLAQ - Səhhətiniz imkan versə, bu həftə paralel olaraq bir neçə işin öhdəsindən gələ biləcəksiniz. Şəxsi həyatınıza hakim kəsilən problemlərə də işıq düşəcək. Bu aralıqda qonaqlıqlar, birgə gəzintilər, səfərlər sizə yalnız ruh yüksəkliyi gətirə bilər. Azyaşlılara xüsusi diqqət yetirin.

SUTÖKƏN - Yeni həftənin gəlişi çoxları kimi sizin də taleyinizdə əsaslı rol oynayacaq. Oktyabrın 28-də və 30-da gözlənilməz təsadüf nəticəsində mövcud problemləriniz aradan qalxmağa başlayacaq. O vaxta qədərsə ayın ilk yarısından yarımçıq qalmış problemlərinizin aradan qaldırılmasına çalışmalısınız.

BALIQLAR - Yeni əlaqələrə başlamaq üçün konkret addımlar atmağa dəyər. Amma hansısa məsələyə görə ciddi məbləğdə xərc çəkməyə lüzum yoxdur. Rəhbərliklə münasibətləri mülayimləşdirin. Təxminən ayın 28-dən başlayaraq şərikli iş görmək üçün şanslarınız artacaq. Bundan maksimum yararlanmağa çalışın. Allahın buyurduğu savablardan istifadə edin.
Просмотров: 822 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: