23.20.58
AVROPADAN GƏLƏN SƏSLƏR

Eluca ATALIÖzünü  gətir

(fəlsəfi-bədii  miniatür)

 

Bizə gəl...
Tək gəl, daha heç nə istəmirəm!
Əllərin  boş, yanında, havada yellənə-yellənə.
Ayağın altında özgə cığırın izindən
qalmasın torpaq.
Təkcə dəniz kənarından keçəsi olsan,
onda gərək olmaz ayaqlarını yerə
möhkəm vurasan.      
Nəyə  lazım olanları qumluğa zərblə çırpasan.
Onsuz da qum özgə ayağa ilişib qalmaz.
O, doğmadır, öz sahili üçün.
Sən ayağını qaldırıb yeni ləpir salanda,
o, əvvəlki ləpirə sürüşüb düşər.
Üsyan et, adamı özündən ayıranlara.
O əlindəki telefonunu sal sındır,
çal daşa, baxma bahalığına!
Əşyalar artdıqca heçləşir insan.
İnsanı özündən ayırır onlar.
Ya da qapa, qoy bir kənara.
Yad, kənar səsləri doldurma qulaqlarına.
Saatını aç!
Aç, tulla çox uzaqlara,
lap qolun getdikcə.
Əgər dəniz kənarından gəlirsənsə,
ləpələrə qoş aparsın dərinliyə!  
Əgər evdən birbaşa gəlirsənsə,
    özünlə götürməyi heç düşünmə.
Qoy qalsın masa üstündə, ya da elə
qaldığı yerdə, səni gözləyə-gözləyə.
Zaman nədir ki, özünü ona təslim edəsən?
Varlığını boş çərçivəyə  pərçimləyəsən!
Mən səni zamanla gözləmirəm.
Özün gəl, tək özün.
Əllərin yanında,
hava boşluğunda azad oynaya-oynaya.
Təkcə  özümlüyünü özünlə gətir.
Yolda çaşıb başqa səmtə dönməyəsən deyə!

                                                                                      6 Arzu günü,  Şölə ayı, 26-cı il 

Просмотров: 711 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: