10.48.37 ƏDƏBİ TARİX | |
Nigar Tağısoy bayanigar@yahoo.com ![]() "Master və Marqarita” əsəri ilə damğa vurub geniş oxucu kütləsi qazanan Mixail Bulqakov qadınlardan bol olsa da, heç də onların sevgisinə layiq olmayıb. Doğrudur, Lyubov Belozorskaya özünü həmişə Bulqakovun dul qadını hesab edirdi. Baxmayaraq ki, Bulqakov onunla sadəcə qeyri-rəsmi şəkildə həyat yaşayıb. Ən etibarlı və sadiq qadın, birinci həyat yoldaşı Tatyana Lappa isə uzun müddət kölgədə qalıb. Beləliklə, Bulqakov sevdiyi ilk və yeganə qadın Tatyana ilə ailə qurur. Tezliklə qadın ondan hamilə qalır. Lakin Bulqakov əvvəllər həkimliklə məşğul olduğundan müalicə etdiyi adamların xəstəliyinə özü də yoluxurdu və möhkəm ağrılar yaşadığından dəfələrlə yüksək dozalı morfi də qəbul etmişdi. Yoldaşının hamilə olduğunu bilən Mixail "mən həkiməm, morfinistlərin uşaqlarının necə olduğunu çox yaxşı bilirəm” deyib, Tatyananı heç həkimə də aparmadan təcrübəsi olmasa belə əməliyyatı özü edib uşağı saldırır. Bundan sonra həkimliklə vidalaşan Bulqakov yazıçılıq etməyə başlayır. Ona bu yolda da həmişə olduğu kimi qadını Tatyana köməklik edir. O, savadsız və ədəbiyyatdan anlayışı olmasa da, Bulqakovun yüksəlişində heç də az əməyi olmayıb. Bulqakov gecələr "Ağ qvardiya”nı yazarkən Tatyana da yatmayıb, onun yanında oturub vaxtaşırı Bulqakovun donmuş əllərini qızdırmaq üçün isti su qızdırırdı. Lakin Bulqakov məşhur olandan sonra onu bu zirvəyə qaldıran qadını tanımaz olur. O, məşhurlaşır və artıq Tatyana yazıçı arvadı olmağa yaramırdı. Bulqakov çox keçmir onunla vidalaşıb və ədəbiyyatla maraqlanan Lyubov Belozorskaya ilə münasibət qurur. "Ağ qvardiya” çap olunandan sonra isə Tatyanada Bulqakova qarşı dəhşətli nifrət hissləri oyanır və ondan birdəfəlik ayrılıb gedir. Çünki Bulqakova əsərlərinin yazarkən isti su qızdıran arvadı qeyri-adi xəyanətlə üzləşir. Bu əsər Lyubaya ithaf edilmişdi. Tatyananın Bulqakova elə son sözü də belə olur – "Axı bu romanı yazanda o yox, mən sənin əllərini isti suyla qızdırırdım”. Bu sözlərdən sonra onlar bir daha görüşmürlər. Yazıçı artıq Lyuba ilə münasibət qurmuş və tezliklə Tatyananı unutmuşdu. Lakin Lyuba da onun düşündüyü kimi bir qadın deyildi. O yazı yazarkən ona mane olmamağı hər dəfə Lyubadan xahiş etsə də "Sən ki, Dostayevski deyilsən” cavabını alardı. Onların arasındakı məhəbbət sanki ildırım kimi çaxıb hər ikisinin ailəsini dağıtdı. Bundan sonra yolları ayrılan Bulqakov və Lyubov bir daha görüşmədilər. Lakin yazıçı ömrünün axırına kimi Tatyananı görməyi arzulayır, ağır illəri birgə keçirib onu dahiliyin zirvəsinə qaldırandan sonra tərk etdiyi bu qadından, bəlkə də ömrünün qadınından əfv diləmək istəyirdi. Lakin o Tatyananın ürəyini elə qırmamışdı ki, sonradan da bağışlansın. Vaxt keçir və Bulqakov onu gözləyərək vəfat edir. Lakin qəbrinə gələn qadın isə elə qədrini bilməyib tərk etdiyi Tatyana olur. | |
|
Всего комментариев: 0 | |