10.10.09 FACİƏ | |
İşğala arzum..
Hamam köhnə, tas köhnə olanda, demək ki, hər şey
köhnə qalmış sayılır. Məsələn elə Qarabağ da olduğu kimi köhnə yerində qalıb.
Bəlkə də yeniliklər olub, amma, bizə nə xeyri?! Olan yenilikləri də xeyirli
adlandırmaq olmaz... İndi yazacağım yazını artıq bir dəfə yazmışdım, dedim axı,
hamam da köhnə, tas da, qoy elə yazı da köhnə olsun.. Yenisini torpaqlarımız
qayıdanda yazaram. Allah şəhidlərimizə
rəhmət eləsin, inşallah ruhları da şad olar. Bu gün 23 yaşı tamam
olan işğala isə, süqut, ölüm diləyirəm.. Buyurun keçən ilki yazım: Çərxin tərsinə
dönsün, ay belə dünya, ay belə zaman! Yaman tur atır bu
çarx. Ya birini dolayır, ya digərini. Acı, zülm, qəddarlıq, vəhşilik canıma
yetib artıq. Və bir də ki sözdə qalan sözlər. Müharibələri
sevmirəm, onlara nifrət edirəm, onları törədənlərə də bir o qədər. Bunu. Elə
bəzən olur ki sözlər insanın boğazında düyümlənib qalır və hətta gözündən yaza
bilməyəcəyəm, bu yazını istədiyim kimi, bacardığım kimi yaza bilməyəcəyəm yaş
çıxmasa boğacaq səni, bax eləcə də bu klaviaturada sözlər hislərin əsiri olub
barmaqlarımda düyümləniblər. Amma, barmağım necə ağlasın ki, boğulmasın,
rahatlasın. Yox, çatdıra bilmərəm keçirdiyim hissləri. Ağdamda əsgərlik
çəkəndə başqa anaların, ataların, bacıların əzabını, acısını, həsrətini,
qorxusunu necə var elə də anladım ilk dəfə. Anladım ki, həsrət nədir. Anladım
ki, qorxu nədir, qəm nədir. Ürəyin acıdan və hirsdən necə parçalanmağını
anladım ilk dəfə. Amma, nə çarə?! Hər dəfə əsgər sözü
eşidəndə, kiminsə balası əsgər gedir deyəndə,(təəssüflər olsun) "böyüyüb artıq,
qəhrəmandır, vətəninin keşiyində durmağa gedir” – deyə düşünmək əvəzinə,
üzülürəm. Necə də üzülməyim – nə qədər əsgərimizin meyidi qayıdıb evinə. Özü də
vətənin keşiyini çəkdiyi yerdə can versəydi nə var idi ki, heç olmasa halalca
şəhid deyərdik ona, beləcə təsəlli tapardıq. Tək düşmən gülləsi deyil axı başa
tuşlanan. Və hər dəfə əsgər gedənlərin arxasıyca ürəkdən, səmimi qəlbdən Allaha
elə dua edirəm ki, sağ-salamat qayırtsınlar, gəlsinlər. Müharibələrdən
qorxuram. Bu zəifliyimdən utanıram amma, qorxuram. Əzizlərimi itirməkdən
qorxuram. Bilirəm ki, heç nə əbədi deyil, eləcə də can. Hər birimiz vaxt
gələcək gözlərimizi yumacağıq. Amma, vaxtı gələndə. Bir düşmən gülləsindən
əlacsızca can verib də o gülləni əzrail adlandıra bilmərəm axı. Yox, o əzrail
deyil. Sadəcə mən qurbanam. Sadəcə o 20 yanvar gecəsində səhər küçədəki
izlərinə, sonra Xiyabandakı məzarlarına qərənfil səpələnənlər qurbanlardılar. O
vaxt o düşmən güllərinə, zərbələrinə, siqaret izlərinə, düşmənin arsız sifətinə
məruz qalanlar qurbanlardılar. Əzrail hələ
gəlməyəcəkdi axı, o beşikdəki körpələrin, yeni anaların, ataların, gənclərin,
ümumiyyətlə hamının birdən canını almağa.. Əzrail hələ gəlməyəcəkdi axı... Böyük-böyük çox
danışa bilərəm. Hətta, kimsə durub desə də ki, "nə görmüsən ki, ay bala nəsə də
danışasan?”. O zaman deyəcəm ki, bəli, heç nə görməmişəm, şahidi olmamışam.
Amma, 20 yanvar və Qarabağ hadisələrinin çəkdirdiyi əzabları anlamaq üçün
şahidi olmaq gərəkmir. Çünki, o müharibələrin izlərini nənələrin, babaların,
ana və ataların, bacı və qardaşların üzlərindən oxumaq heç də çətin deyil.
Çəkdikləri hər əzab misra-misra, sətir-sətir yazılıb qırışlarında, hopub o
saçlarına qar kimi, ağardıb... Ehh...ehh.. "Çarxın tərsinə
dönsün, ay belə dünya, ay belə zaman! Bu nə müsibətdir, bu nə bəladır biz
çəkirik!” – deyirlər ki, o vaxtı bu zülmlərin şahidi olanlar bu və bunun kimi
başqa sözlərdən tez-tez işlədərlərmiş. Eheeyyy ay ağarmış saçlarınıza,
Yaradanınıza qurban olduğum, bilin ki, nə vaxtacan bu dünyanın çərxinin ipi
zalımların əlində olacaq, o vaxtacan da bu çarx beləcə dövr edəcək fələyin
xeyrinə. Bu yerdə Cəfər
Cabbarlının "Oqtay Eloğlu”sunun Şillerin "Qaçaqları”nı oynayan zaman sonda
işlətdiyi bir cümlə yadıma düşdü:
- "Kimdir müqəssir?
"Yaşadaraq öldürən, öldürərək yaşadan, sevərək parçalayan, parçalayaraq sevən,
əli qanlı səfillər padşahı Oqtay Eloğlumu? Bu zavallı günahsız yavrumu (Yavru – Firəngiz nəzərdə tutulur. Oqtay
Karl rolunu oynayarkən, Amalya rolunu oynayan Firəngizi səhnədə rol üçün
yox da həqiqətən bıçaqlamışdı.)? Əski mühitin bu gülünc heykəlimi? Və yaxud alman dahisi böyük Şillermi?” İndi mənimki də lap
buna oxşadı – kimdir müqəssir? Neçə–neçə günahsız insanların qanına boyanmış,
yalandan, arsızca hər şeyi, torpaqları, hətta soyqırımı belə öz adlarına
keçirmiş ermənilərmi, yoxsa indi müxtəlif saytlar açıb ermənilərdən bu soyqırım
üçün üzr diləyən bizlərmi? İndi kimə nə sübut edəcəyik ki, əgər erməni
soyqırımı deyə bir şeyi özümüz də qəbul ediriksə. Yuxarıda da dedim,
müharibələrə, bu müharibəni törədənlərə nifrət edirəm. Bir parça torpağı bölüşə
bilmirlər. Torpaq da bezib artıq qanla sulanmaqdan. Odur ki Amerika, odur İraq,
Odur İsrail, odur Fələstin, odur ki indi də Qəzza.. Neçə-neçə ölənlər-
cavanlar, qocalar, körpələr – insanlar. Bir qarış torpaqdır, yaşamaq məyər belə
çətin olacaqdı? Bir dünya boyunda hökmdarlıq istəyi - və nəticədə bunlar
üçün verilən qurban canlar. Ağ oldu artıq, yetər. Aman Allah...bunların
sonu olacaqmı? Axı nə vaxtacan arsız bir düşmən gülləsi qabaqlayacaq əzraili,
nə vaxtacan? Axı nə vaxtacan adi bir bəndə başqalarını özünə qul sanaraq
hakimlik iddiasında olub, dağıdacaq aləmi. Axı Yaradan və dağıdan ancaq sənsən.
Nə vaxtacan bu fironluq sürəcək beləcə? TURAL DILQEMOGLU… | |
|
Всего комментариев: 0 | |