12.53.53
İQTİSADİYYAT

İDXAL ƏMƏLİYYATLARI RƏQƏMLƏRİNDƏ 10 MİLYARD 642 MİLYON 800 MİN DOLLARLIQ FƏRQ ORTAYA ÇIXIB
 

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu "Azərbaycan Respublikasında "Güzgü statistikası” və xarici ticarət göstəricilərinin əsaslandırılması” adlı hesabatı "Media forum” saytına təqdim edib. O deyib ki, Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun maliyyə dəstəyi ilə hazırlanan hesabat Azərbaycanda xarici ticarət statistikasının dürüstləşdirilməsinə yardım məqsədi daşıyıb.
Qubad İbadoğlunun sözlərinə görə, tədqiqata Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olan 16 ölkə üzrə xarici ticarət dövriyyəsinin xarakterizə edən məlumatlar daxil edilib: "Məlumat bazasını Azrəbaycan Respublikasının gömrük statistikasının məlumatları, DSK-nın xarici ticarət statistikası, Mərkəzi Bankın tədiyyə balansı və eyni zamanda Azərbaycanla idxal-ixrac əməliyyatları üzrə xarici ölkələrə mənsub rəsmi statistik məlumatlar təşkil edib. 
Tədqiqat nəticəsində məlum olub ki, 2003-2009-cu illərdə Azərbaycanın əsas ticarət tərəfdaşı olan 16 ölkə ilə apardığı idxal əməliyyatları üzrə fərq 10 milyard 642 milyon 800 min ABŞ dolları təşkil edib. "Güzgü statistikası”nın metodologiyasına görə, ölkələr arasında eyni dövrü xarakterizə edən statistik məlumatarın fərqi 10 faizdən aşağı olanda mübahisə doğurmur. Beynəlxalq metodologiyaya görə, idxal ixracdan 10 faizə qədər artıq olanda, bu, normal hal sayılır. Amma idxal ixracı 10 faizdən də çox üstələyirsə, onda digər ticarət baryerlərinin və korrupsiyanın olması barədə mülahizə yürüdülür”. 

Просмотров: 894 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: