18.22.12
MÖCÜZƏLƏR

Günəş təqvimi ilə Ay (Qəməri) təqvimi arasında riyazi əlaqə

VII əsrdən XIX əsrə qədər çap olunan (üzü köçürülən) və muzeylərdə saxlanan, eləcə də Kəbədə qorunan müqəddəs Quran kitabları harada çap olunmasından aslı olmayaraq 286 səhifədə yerləşdirilib. Bunun təsadüf olmadığını, xüsusi bir qanunauyğunluğa tabe olduğunu sübut etmək üçün bir neçə dəlil gətirəcəm.
1) Quranda təsbit olunan İslamın iki böyük bayramı - Qur(B)an və Ramazan bayramları arasında qalan günlərin sayı (Qurban bayramından sayılmaqla) bir qayda olaraq 286 gün olur ki, bu da müqəddəs kitabın səhifələrindəki qanunauyğunluğu sübut edir.
2) Biologiya kitablarında normal insanın doğulma prosesinin (toxum ana bətninə düşdükdən sonra) 280 gün olduğu qeyd olunub. Kitabın başqa bir fəslində isə, qeyd olunur ki, kişi ilə qadın görüşəndən 6 gün sonra toxum ana bətninə düşür. Elə isə, 280 + 6 = 286 hesablaması Quranın səhifələrini göstərir. Və insanın ana bətnində yaranmasının hər səhifəyə bir gün hesabı ilə baş tutduğunu sübut edir.
3) Ay təqvimi ilə il 21 martda, Günəş təqvimi ilə isə 31 dekabrda tamamlanır. Bu iki bayram arasında qalan günləri saysaq, (21 martdan) 286 gün olduğunu görərik. Hər iki təqvim Allahın elmi ilə yaradıldığından, Rəbbim onların üzərinə özünün kodlaşdırılmış möhürünü vurmuşdur.
4) İndiyədək yazdığım statuslarda və kitablarda kəşf etdiyim bir cədvəli təqdim etmişdim. Cədvəldən görünür ki, hər bir Günəş və Ay tutulmasının 858-ci günü bir qayda olaraq təkrar həmin tutulma baş verir. Eləcə də bütün zəlzələlər, təyyarə və enerji qəzaları 858 gündən bir təkrarlanır ki, bu da Quranın səhifələrinin üç mislidir: 286+286+286=858. (Bax: əvvəlki statuslarıma.)
5) Quranın 2-ci surəsinin 286 ayədən ibarət olması və bu surədə Firoonun zülmündən xilas olmaq üçün qurban kəsilən inəyin (düyənin) əlamətlərinin göstərilməsi də təsadüfü deyil. Belə ki, bu gün firoonların zülmündən xilas olmaq istəyən bəşər övladları həmin əlamətlərdə olan inəyi 2-ci (!) dəfə qurban kəsməlidirlər.
"Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə:"Allah sizin bir inək kəsmənizi əmr edir!"-dedi. Onlar isə:"Bizi məsxərəyəmi qoyursan?"-dedilər.(Musa) Allah özü məni cahil olmaqdan saxlasın!"-dedi. ("İnək" surəsi, 67-73)
Bu hikmətlərdən sonra bir daha yeni ilinizi təbrik edirəm.
(Əsrin 13-cü ilinin hikmətləri barədə növbəti statusda söhbət açacam)

Просмотров: 996 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: