13.34.10 MÜNASİBƏT | |
![]() Qənirə Paşayeva və Aynalar Qənirə Paşayeva haqqında uzun-uzadı yazmağa ehtiyac olmadığının fərqindəyəm. Necə deyərlər görünən kənd bələdçi istəməz. Onun öz vəzifəsi qarşısında daşıdığı məsuliyyət hissi, vətəninə və milli mənsubiyyətinə bağlılığı, yurtdaşlarına və soydaşlarına yaşatdığı qürur hissi heç kim üçün sirr deyil. Amma necə deyərlər bar verən ağaca daş atan çox olar. Hələ bu bar verən ağac düşmənin gözünü çıxardarsa, atılan daşların ardı-arası kəsilməz. Önəmli olan daş atılması deyil, daşın haradan və nə məqsədlə atılmasıdır. Xanım millət vəkilimizin türklük ruhu ilə köklənmiş fəaliyyəti bir müddət bundan əvvəl İranın "Səhər” telekanalının da narahatçılığına səbəb olmuşdu. Məntiqi olaraq bu narahatçılıq sonradan öz yerini əsassızlıqlarla dolu iftiralara buraxdı... Qənirə xanımın Türkiyə televiziyalarında etdiyi cəsarətli çıxışlar, Türkiyə xalqı arasında rəğbətlə qarşılansa da, buradakı ermənilərin hiddətinə və qısqanclıqlarına səbəb olmuşdu. Sonradan Türkiyədəki erməni mətbuatı Qənirə xanımin əleyhinə yazılar yayınlamaga başlamışdı... Əslində mən bu məsələdə ermənilərə haqq verirəm. Mən də gözəl danışıq üslubuna, millətçilik hisslərinə və tükənməz enerjiyə sahib erməni millət vəkili görsəm bu məndə qısqanclıq hissi doğurar. Çünki biz DÜŞMƏNİK. Təbii olaraq da bir-birimizə yaxşi şeylər arzulamırıq. Amma düşmənin də kişisi, nakişisi var. Kişi olanı mərdi-mərdanə qarşına çıxar, namərdlər isə əl altından qaralama kampaniyalarına əl atar... Aydındır ki, millət vəkilimizin milli qeyrəti yenə kimlərinsə gözünə ox kimi batır. Növbəti qaralama kampaniyası Qənirə xanım və PKK arasındakı "əlaqənin” üzə çıxarılması ssenarisi üzərində qurulub. Türkiyə Cumhuriyyətinin quruluşunun ildönümü münasibəti ilə Türkiyənin ölkəmizdəki səfirliyinin "Gülüsta”n sarayında təşkil etdiyi tədbirdə Qənirə xanımın Türkiyəli tələbələrlə çəkdirdiyi kollektiv şəkilin kəsilib-biçilərək internet saytlarına servis edilməsi bu ssenarinin tərkib hissəsidir. Guya ki, millət vəkilimizlə yanaşı dayanan tələbə BDP-li millət vəkili, PKK-nın qızğın müdafiəçisi Əminə Aynanın oğlu Ömər Aynadır. Ola da bilərdi əslində. Mən Qənirə xanımla dəfələrlə müxtəlif tədbirlərdə bərabər iştirak etmişəm. Adətən tədbir bitdikdən sonra Qənirə xanımla şəkil çəkdirmək istəyənlər bir-birinin ardınca düzülür. O da bacardığı qədər heç kimin xahişini yerə salmır. Bu da onun sadəliyindən irəli gəlir. Kiminsə PKK-lı olduğu və yaxud da PKK-ya rəğbət bəslədiyi alnında yazılmır və hec kim kollektiv şəkildə rəsm cəkdirdiyi insanların tərcümeyi-halını oxumur. Eyni zamanda o rəsm iki nəfərdən ibarət deyil. Kollektiv rəsmin montaj olunmuş halıdır. Elə təsəvvür oyatmaga calışırlar ki, sanki bu foto PKK təlim düşərgəsində cəkilib. Hansı ki bura Türkiyə səfirliyinin rəsmi tədbiridir və səfirlik hec bir zaman hər hansı bir PKK-lının öz tədbirində iştirak etməsinə yol verməz... Türkiyə səfirliyinin təhsil üzrə müşaviri rəsmdəki şəxsin BDP-li Əminə Aynanın oğlu Ömər Ayna olmadığını söyləyəndən sonra bəzi ağzıgöyçəklərin səsi kəsildi. Bu məsələyə yenə qayıdacağıq. İndi isə gəlin bu oyunda adı keçən Əminə Ayna və Ömər Aynanı tanıyaq. Çoxları onları kürd kimi tanısalar da, əslində onlar zazadırlar. Ömər Ayna deyildiyi zaman Türkiyədə hər kəsin ağlına Əminə Aynanın əmisi Ömər Ayna gəlir. Diyarbəkirdə anadan olan Ömər Ayna universitet üçün gəldiyi İstanbulda solçu gəncliklə tanış olub və qısa müddətdə onların təsirinə düşüb. Bir müddət sonra isə kürdçülüyün təbliğatı ilə məşğul olan təşkilatlara maraq duymağa başlayıb. 70-ci illərdə, sonradan əfsanələşdirilən solçu Dəniz Gəzmişin rəhbərlik etdiyi Türkiyə Xalq Qurtuluş ordusuna daxil olub. Dəfələrlə anarxist göstərilərdə iştirak edib, bank soyub, adam qaçırıb. 1971-ci ildə həbs olunub və haqqında edam hökmü çıxarılıb. Tək olmayıb. Onunla eyni taleyi paylaşan həbsxana yoldaşları Mahir Çayan, Oktay Kaynak və Cihan Alptəkinlə bərabər qaçmağa qərar veriblər. Həbsxananın altından tunel qazaraq məqsədlərinə çatıblar. Növbədə liderləri Dəniz Gəzmişi həbsxanadan qurtarmaq olub. Bu məqsədlə NATO-ya aid hərbi hissəden 3 mühəndisi qaçırıblar. Planları qaçırtdıqları mühəndislər ilə Dəniz Gəzmişi dəyişmək qısacası dövlətə şantaj etmək olub. Amma çox uzağa gedə bilməyiblər. Mühasirəyə alınıblar və hamısı öldürülübler... Əminə Aynaya gəldikdə isə, O 1968-ci ildə Diyarbəkirdə anadan olub. Əslən zazadır. 2007-ci ildə Mardindən millət vəkili seçilib. Kürdçə bilməməsinə baxmayaraq kürd milliyətçiyinin və seperatçılığının öndə gələn simalarındandır. PKK-nın ilk terror aktını törətdiyi günü, 15 avqustu ( 1984) kürd xalqının qələbə bayramı olaraq qeyd etməsi ilə yadda qalıb. Hazırda Barış və Demokratiya Partiyasından millət vəkilidir. Onun Ömər Ayna adlı oğlunun olub-olmaması, əgər varsa da Bakıda təhsil alıb-almaması haqqında məlumat yoxdur. Ancaq əmisi Ömər Aynanı həmişə qəhrəman kimi yad edir... Rəsmdəki Ömər Ayna isə Tibb Universitetində təhsil alır və türkiyəli tələbələrin dediklərinə görə Əminə Ayna ilə hec bir qohumluq bağına sahib deyil. PKK ilə də heç bir əlaqəsi yoxdur. Sadəcə tələbələr arasında AKP-yə müxalif birisi kimi taninib... Aynalarla, dolayısıyla PKK ilə Qənirə xanım arasında əlaqə olduğunu iddia edilməsi bir daha onu subut edir ki, Azərbaycanda günü-gündən yüksələn vətənpərvərlik əhval-ruhiyəsi, Azərbaycanlıların ictimai şüurunun bu istiqamətdə formalaşması bəzi qüvvələri ciddi narahat edir. Bu narahatlığın məntiqi davamı isə Qənirə xanıma qarşı yürüdülən qaralama kampaniyasıdır. Məqsəd millət vəkilimizin siyasi fəaliyyətini ləkələmək və onu özünə siyasi model secmiş gənclərin fikrini yayındırmaqdır. Böhtan kampaniyasında PKK kartının ortaya atılması isə Qənirə xanımın Türkiyədə nüfuzunun sarsılması məqsədini güdür.Eyni zamanda Türkiyədəki ermənipərəst qüvvələrin də dəyirmanına su tökür. Onlar mütləq bu əsassız iddiadan istifadə etməyə calişacaqlar... Adətən deyirlər ki, yalan ayaq tutar yeriməz. Bu kimi yalanların ayaq tutması belə təhlükəlidir və düşmənin qələbəsi anlamına gəlir. Müxtəlif sosial şəbəkələrdə bu rəsmi paylaşanları, öz qəzetlərində bu iftiraya xəbər donu geydirənləri isə sadəcə qınamaq lazımdır. Bu kimi hallara rəvac verməmək bizim vətəndaşlıq borcumuzdur. Bəhruz Həsənli | |
|
Всего комментариев: 0 | |