18.55.46
NEFT TARİXİ
Neftin tarixi   



İnsanlar lap qədim dövrlərdən başlayaraq təbii sərvətlərdən istifadə etməyə can atmışlar . Ən əhəmiyyətli və ən qiymətli təbii sərvətlərdən biri də neftdir . Neftin kəşfi tarixini dəqiq müəyyən etmək demək olar ki , mümkün deyil . Lakin bizlərə bu məlumdur ki , qədim sivilizasiyaların hələ lap başlanğıcında insnalar neftin " yapışdırma " xüsusiyyətinə maraq göstərmiş və ondan istifadə etmişlər . Məlumdur ki, Babil qülləsinin tikilməsində asfaltdan qətran kimi yapışqanlılıq xüsusiyyətinə görə istifadə olunmuşdur . Qədim Amerika sivilizasiyasının tikintilərində də " neft sementi " adlanan asfalt işlətmişlər . Qədim yunanlar və romalılar neftdən bir çox məqsədlərlə istifadə etmişlər . Yunanlar uzun müddət hərbi toqquşmalarda yandırılmış neftlə düşməni vahiməyə gətirərmişlər . Yaranmış yanğını heç su ilə də söndürmək mümküm olmurmuş . " Yunan alovu”nun sirri uzun müddət gizli qalmışdır . Qədim romalılar isə nefti uzun müddət isti havada saxlandıqdan sonra onun qalığından yağ şəklində müalicəvi məqsədlərlə istifadə etmişlər . 
E . ə 220-ci ildə Çinin Sin sülaləsinin hökmdarı ölkənin Sıçuan bölgəsində duz ehtiyatları tapmaq məqsədilə qazama işlərinə fərman vermişdi , amma qazma işləri zamanı yerin təxminən 30-40 metrliyində güclü neft fontanı vurmuşdur .
IX əsrdə yaşamış ərəb səyyahı Əhməd Bəlazuri ərəblər tərəfindən zəbt olunmuş Şirvan ərazisində yaşayan əhalidən çıxardıqları neftə görə vergi yığılması haqqında məlumat verir .
" Dərbəndnamə "də isə (883-884 – cü illər ) ərəb ordusu tərəfindən xəzərlərə qarşı döyüşlərdə " yunan alovu "ndan istifadə edildiyi göstərilir . 950-ci ildə ərəblər tərəfindən dünyada ilk neft emaledici qurğular düzəldilmişdir , bu qurğuların sayəsində neftdən spirt , efir yağları , aromatik maddələr almışlar .
X əsrin 2-ci yarısında Bakıda olmuş ərəb tarixçisi və səyyahı Məsudi Əbdül Həsən ibn Hüseyn öz qeydlərində yazır ki, buradakı neft müxtəlif keyfiyyətlidir : bəzi yerlərdə ağ və sarı , digər yerlərdə isə qara və yaşılımtıl rəngli neft çıxarılır .
XVII əsrin ortalarında fransız missioneri Jozef de lya Roş de Alyen Amerikanın Qərbi Pensilvaniya bölgəsinə səyahəti zamanı yerli hinduların üzlərini və bədənlərini "qara sular "la rənglədiklərini görmüşdür . Fransız səyyahı bu " sular "dan müalicəvi əhəmiyyətli balzam əldə etmişdir .
Bakının ətrafindakı kəndlərdə də - Balaxanı , Suraxanı , Binəqədi və Bibiheybətdə çoxlu neft quyusu istismar olunurdu . Bunlardan ən qədimi Balaxanıdakı " Hələfi " quyusu idi . Onun qazılıb istifadəyə verilməsi XVI əsrin əvvəllərinə təsadüf edir . 1840-ci ildə Bakının rus qubernatoru yerli neftin nümunəsini onun sənaye əhəmiyyətinin qiymətləndirilməsi üçün Peterburq Elmlər Akademiyasına göndərir . Lakin qubernatora gülünc bir cavab göndərilir : " Bu maye çox üfunətlidir və o, yalnız araba təkərlərinin yağlanması üçün yararlı ola bilər .”
1859-63 – cü illərdə Suraxanıda , Pirallahı adasında və Bakıda ilk neftayırma zavodları qurulub istifadəyə verilir . 1863-65 – ci illərdə istedadlı azərbaycanlı mütəxəssis Cavad Məlikovun original layihəsi əsasında Bakıda və Mozdokda neftayırma zavodları istifadəyə verilir .
1844-cü ildən etibarən Balaxanı və Bibiheybətdə dünyada ilk dəfə olaraq buruq üsulu ilə neft quyuları qazılır . Bunun ardınca 1859-cu ildə Pensilvaniyada polkovnik Dreyk Amerikada ilk buruğu qazdırır .

Просмотров: 1219 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: