03.36.14
POEZİYA

Şaiq VəliYERDƏ GÖYDƏN GÖYDƏ YERDƏN OLUB BU AŞİQ

Şaiq Vəli

Mənim yarım göylərdəndir-

Dərdim çiçəyini, dağın yamacı,

Söykəndiyin dağa məni bağışla.

İçdiyin suya

Yediyin torpağa məni bağışla,

Almanı yedim, alma ağacı!


...Gözəl, gözəl!

Bağlanıb üzümə

Mərhəmət qapıları gözlər!

Səmum küləyi öpüşlər

Nəmini çəkib

Dodaqları çat–çat– səhra!

Xanım əllərin xumar seyrindən

candan məst–gözəl!


Mənim yarım yerindədir, gözəl,-

Ruhun çəmənində solur nərgizlər...

Bir az məni də sev!

Bir az məni də əzizlə!


Ömür ikili,

Yaşamaq müşkül, əzab...

Zalim- meyxanəçi!

Tər qoxuyur,

Qan dadır şərab!


Səni eşq tutsun, meyxanəçi!

Bir şam işıq süz!

Bir can hənir,

Bir cam eşq süz! –

Yerdə yerdən,

Göydə göydən olub bu aşiq!..

Просмотров: 1045 | Добавил: afgan73 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: