18.20.35
SHOU ALƏM
"ONUN YARISI” ZAY ÇIXDI


ATV xalqı dolamaqla məğuldur; "Yağ kimi” Zaur yeni fırıldaq tapıb; nişanlı gəncləri yeni tanış olmuş kimi tamaşıçılara sırıyırlar

Azərbaycan telekanallarından əhalinin şou-biznes "yuxusuna” verilərək, ictimai-siyasi proseslərdən kənar tutulması barədə dəfələrlə yazmışıq. Demək olar ki, bütün kanallarda gündə bir toy verilişi, sms yarışı başlayır. Bu da birbaşa əhalinin cibinə təsir edir. Efirə çıxan cavan-qoca hər kəs xalqdan sms dilənir.

Belə layihələrin hamısı da xarici kanallardan, xüsusilə Türkiyə televiziyalarından oğurlanmış formatlardır. Əhalini oyalamaq məqsədi daşıyan bu tip proqramlardan biri də ötənlərdə ATV kanalında yayımlanmağa başladı. "Yağ kimi” proqramının aparıcısı Zaur Baxşəliyevin təqdimanında efir üzü görən veriliş tamaşaçılara kələk gəlməyin, bəsit gündəm yaratmağın yeni yolunu tapıb.

Verilişin formatı ondan ibarədir ki, evlənmək istəyən qız və oğlanlar bu proqramda bir-biri ilə tanış olur və sevişib, evlənirlər. Bildirilir ki, artıq proqram ilk evləndirəcəyi şəxsləri tapıb. Önümüzdəki günlərdə onlara toy da ediləcək.

Lakin ATV kanalında çalışan dostlarımızdan birinin verdiyi məlumata görə, bəhs olunan veriliş başdan-başa quramadır və ancaq xalqın başını qatmağa yönəlib.

Məlumatlı şəxsin sözlərinə görə, önümüzdəki günlərdə evləndiriləcək gənclər guya veriliş vasitəsilə bir-biri ilə tanış olub və nəticədə evlənmək qərarına gəliblər. Lakin məsələnin iç üzü qətiyyən belə deyil. "Dəqiq deyirəm ki, evləndiriləcək gənclər 6 aya yaxındır ki, nişanlıdırlar və bir-birini çoxdan tanıyırlar. Lakin verilişin yaradıcıları efirə heç kimi çıxara bilmədiyi üçün bu cür varianta əl atıb və nişanlı gəncləri veriliş vasitəsilə yeni tanış olublarmış kimi təqdim edir.”

Mənbəmiz deyir ki, verilişin tək qüsuru bu olsaydı, dərd yarıydı. Onun sözlərinə görə, verilişin aparıcısı Zaur Baxşalıyev sponsorlar tərəfindən evlənən gənclərə verilən hədiyyələrin təxminən yarısını özünə götürür. "Layihə demək olar ki, iflasa uğrayıb. Bu taktikayla verilişi heç 6 ay da davam etdirə bilməyəcəklər. Ancaq hazırda sponsor şirkətlərdən alınan pulların hesabına verilişi müxtəlif qurama senarilər hesabına davam etdirirlər. Onu da deyim ki, sponsorlardan bir-ikisi verilişə dəstəyi kəsəcəyi təqdirdə, "Onun yarısı” da dayanacaq.”

Məsələ ilə bağlı kanal rəhbərliyinin mövqeyin də öyrənməyə çalışsaq da, nəticə əldə edə bilmədik. Qarşı tərəfin münasibətini də yayımlağa hazırıq.

pia.az

Просмотров: 8296 | Добавил: afgan73 | Рейтинг: 2.5/10
Всего комментариев: 12
1 Narmin  
0
butun bu yazilanlar qetiyyen inandirici deyil!!!Bu boyda yalan olmaz!Yalandan sayeler yaymayin!!!!!
afqan73 bu ne yalan melumatdi tapmisan?!

2 AYAN  
0
XAYIS OLUNUR ZAUR HAQQINDA BELE YAZMAYIN ZAUR APARICILAR ICERISINDE 1 DENEDI ONUN TAYI BERABERI YOXDU OZUNE HORMET EDEN ZAUR BAXSELIYEV HAQQINDA YAZMAZ ZAUR UREKDEN SENE DEYIREM GERCEKDEN SENI COX SEVIRIK HETTA ANAM SENI INANILMAZ DERECEDE COX SEVIR SENI AGCEBEDI RAYONUNDA GORMEK ISTERDIK XAYIS OLUNUR

3 aska  
0
bilirsiz zaur her seyi cox yaxsi bilir mence o varlis sadece sou xaraktelidi

4 sevıl  
0
salam her neçe olursa olsun her ıwde çesaret ıwguzarlıq lazimdi.o biri kanaldada var evlilik onlar neçe eynı ıwlerımı görurler?Neden qaralıyırsız cox maraqlıdı her gun baxmaga çan atıram Zaurda cox gözel apariçidi.Birde kimse orda bow bowuna zamanini keçirmez hamı öz yarisini axdarır .

5 nayk  
0
salam aur 0553551805

6 nayk  
0
0553881805

7 nemnem  
0
bu nedir?zaurun oz sacidir?

8 tahir  
0
salam cox gozel weydi duz deyirsiz!

9 akram  
0
zaur manim azizimdi qardaslmdl kim na deyir desin bu deyiLan Lar hamlsl paxlLLlq aLamtLaridi ona gora manim azizlarim bos sozLara urayivizi agrltmayln

10 cavanwir  
0
zaur demisiniz ki bilesuvarlilar kimi medeniyyetdsiz yoxdu?bilesuvarda mibariz ibrahimov kimi oqlanlar cixir ama senin kimi qiza benzer qizlar var bilesuvar da kiwi cixir ama senin ana veteninde qiza oxwar oqlanlar cixir bilesuvarlara soz aatan anasindan olub imza bilesuvarli balasi C.Q

11 hetem  
0
salalm men sizinle razı deyilem zur çox yaxşı aparıcıdı amma onun saç dizayını oxşunmuza gəlmir mence köhne saçı olsa yaxşıdı ele fikirləşirəm

12 hetem  
0
ZAUR ELƏ SAÇDA ELƏBİL QADINDI VALLAH

00000
Имя *:
Email:
Kod *: