AŞIQ QADINLARIN ANTOLOGİYA KİTABININ TƏQDİMATI OLDU
Məlumat üçün bildirək ki, 05.11.2010-cu il
tarixdə saat 12:00-da Azərbaycandakı Atatürk Mərkəzində "Aşıq Pəri Məclisi” -
ozan sənətini təbliği ictimai birliyinin təşkilatçılığı və Azərbaycan
Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi şurasının maliyyə
yardımı ilə hazırlanmış "Aşıq qadınların antologiyası” kitabının I cildinin təqdimatı
keçirildi.
Qeyd edək ki, redaktorları Əfqan Nəsirli və Samirə Məhəmmədqızı olan kitab üç
bölümdən ibarətdir:
I bölümdə əsasən indiyə qədər yaşayıb
yaratmış aşıq və şairə adınlar haqqında qısa məlumat və yaradıcılıqlarında
nümunələr verilmişdir.
II bölümdə isə hal hazırda
yaradıb-yaşadan aşıq və şairə qadınlar verilmişdir.
III hissədə isə aşıq və şairə qadınlara
həsr olunmuş şeirlər verilmişdir.
Tədbiri giriş sözü ilə açan Gülarə Azaflı tədbir iştirakçılarını salamladı və
"Aşıq Pəri Məclisi”nin yaranma gününə təsadüf edən bu tədbirdə layihəni müsbət
qəbul etdiyiniə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət dəstəyi şurasına, onu sədri Azay Quliyevə öz minnətdarlığını bildirdi. Tədbirdə
iştirak edən Solmaz Kosayeva, Fərqanə Mehdiyeva, Mütəllim Həsənov, Əfqan Nəsirli
bu kitabın əhəmiyyətindən danışdılar, eyni zamanda bu kitabın dövlətin aşıq sənətinə
qayğısının məntiqi nəticəsi olduğunu qeyd etdilər.
|