12.09.21
TARİXİ ŞƏXSİYYƏLƏR
GÜNTAY GƏNCALP
 
Mahatma Qandidən tərcümə
Mahatma Qandi
Araclar və amaclar · mənim həyat fəlsəfəmdə araclar və amaclar bir—birinə dönüşən şeylərdi. · Deyirlər "araclar hər halda aracdır.” Mən deyirəm "araclar hər halda hər şeydir.” "Sizin araclarınız necə olsa, amacınız da öylə olacaq.” Aracları amaclardan ayıran bir divar yoxdur. Aracları kontrolumuz altında tutmaq üçün Tanrı bizə gərəkən imkanı sınırlı biçimdə vermişdir. Ancaq hədəfləri kontrol etmək üçün imkan yoxdur. Hədəflərin gerçəkləşimi ona doğru yürüdüyümüz araclarla mümkün olur. Bu, istisna qəbul etməyən bir önərmədir. · Ahimsa və həqiqət ayrıla bilməyəcək qədər bir—birinə bağlıdırlar. Bunlar bir sikkənin iki tərəfi kimidir. Ancaq yenə də ahimsanın arac və həqiqətin amac olduğunu söyləmək mümkündür. Aracların arac özəlliyi daşıya bilməsi üçün sürəkli əldə olması gərəkir. Bu nədənlə də "ahimsa” əldə olan ən ideal aracdır. Aracları uyqun biçimdə seçərsək, gec—tez amacımıza çatarıq. Biz bu qonunu qəbul etdikdən sonra artıq son qələbə sorunu olmayacaqdır. Bu durumda ortaya nə kimi sorunların çıxmasına və zahirən geriləmlərin görünməsinə baxmayaraq, həqiqəti aramaqdan vaz keçməyəcəyik. Tanrının özü olan həqiqət. · Kəsə yollarla və aqressiv üsullarla uğur əldə ediləcəyinə inanmıram. Aqressiv yöntəmlərə əl atanlarla həmdərd olsaq və onların yüksək hədəflərini alqışlasaq da, hər halda mən aqressiv üsullara qarşı barışmaz pozisionumda qalacağam. Anlaşıldığı kimi aqressiv yöntəmin tərəfdarları ilə mənim aramda heç bir ortaq tərəfimiz yoxdur. Qeyri—aqressiv yöntəmlərə olan sarsılmaz inancım məni anarşistlərdən və aqressiv üsullara inananlardan uzaqlaşdırmır. Tam tərsinə, məni onlara tərəf cəlb edir. Ancaq bu yoldaşlıqda əsas amacım onları bu sərtliklərindən vaz keçirmək olmuşdur. Çünkü təcrübə mənə göstərmişdir ki, heç bir zaman aqressiv olan, dürüst olmayan davranışlardan yaxşı sonuc çıxarmaq olmaz. Bu inanc aldadıcı görünsə də, onun çox çəkici bir aldadıcı olduğunu qəbulı etməliyik. · Araclar və amaclar arasında heç bir bağlantının olmamasına inanmaq böyük yanlışlıqdır. Bu yanlışlıq üzündən, hətta məzhəbi adamlar da böyük cinayətlərə bulaşırlar. Bu, tikan əkərək qızılgül əldə etmək bəkləntisi məntiqinə bənzəməkdədir. Mən yalnız bir gəmi qullanaraq dənizdə səfərə çıxa bilərəm. Bu səfər üçün atarabası qullanırsam, özüm də araba ilə bir yerdə dəniz batarıq. Böylə yaxşı bir deyim var: "Tanrı, onu arayana bənzəməkdədir.” Bu deyim zamanla təhrif edilmiş və bu təhrifə görə də insanlar yollarını azmışlar. Aracı toxuma və amacı alağa bənzətmək mümkündür. Toxum və alaq arasında bağlar olduğu kimi, arac və amac arasında da qırılmaz bağlar var. Doğal olaraq şeytana pərəstiş edərsəm, sonuc Tanrıya pərəstişdən fərqli olacaq. Bu nədənlə kimsə "Mən Tanrıya tapınmaq istəyirəm. Şeytan aracılığı ilə də olsa, nə önəmi var?” deyirsə, bu, onun dəlicə aymazlığından (cəhalətindən) qaynaqlanır. Biz əkdiklərimizi biçərik yalnız. · Sosializm gözəl bir sözdür. Mənim bildiyimə görə, sosializmdə bütün insanlar eşitdir. Kimsə aşağı və kimsə yuxarı deyildir. İnsanın bədənində də baş daha yüksəkdə olduğundan özəl bir pozisiona sahib deyil. Daban da sürəkli yerlə təmasda olduğundan daha aşağı pozisionda deyildir. İnsan bədəninin üzvləri bərabər olduğu kimi, toplum üzvləri də eşitdirlər. Budur sosializmin anlamı. Sosializmdə şahzadə—kəndli, zəngin—yoxsul, işverən—işçi eyni düzeydədirlər. Məzhəb açısından sosializmdə ikilik yoxdur. Hər şey "bir”likdə dəyərləndirilir. Dünya miqyasında toplumlara baxdığımda ikilikdən başqa bir şey görmürəm. "Bir”lik, sadəcə olmadığından dolayı hiss olunur. Mənim təsəvvürümə görə çoxluqlar arasında birlik bərqərar etmək mümkündür. Bu düzeydə ərmişliyə ulaşmaq üçün olaylara fəlsəfi açıdan baxmaq gərəkmir. Hər kəs sosializmi qəbul etmirsə, heç bir iş görmək olmaz düşüncəsi yanlışdır. Həyatımızı dəyişdirmədən sadəcə nitq söyləyib təşkilatlar quraraq oturub fürsət gözlərsək, bununla sosializmə varmaq olmaz. Sosializm inanc və imanla başlar. İnanclı bir insan ortaya çıxdığında onun önünə bir sıfır qoyuruq və on rəqəmi ortaya çıxır. Bundan sonra ona əklənən hər sıfır onu ona çarpacaq və on kərə artıraacaq. Ancaq başladıcı sıfır olsa, daha doğrusu kimsə işi inancla başlamazsa, sıfırların əklənməsi heç bir nəticə verməyəcək. Sosializm səfa və təmizliklə billurdur. Bu üzdəndən onun gerçəkləşməsi üçün billur təmizliyində araclar lazımdır. İnqilab edib hakimlərin başını kəsərək sosializmi gerçəkləşdirmək olmaz. Bu aqressiv yöntəmlə işçi—işverən arasında eşitlik sağlamaq olmaz. Həqiqətsizlik yoluyla həqiqətə varmaq olmaz. Yalnız həqiqətlə özdeş olan yöntəmlə həqiqətə varmaq olar. Qeyri—aqressivlik və həqiqət ikiz deyillər, bir-birinə yapışıqdırlar. Çünkü qeyri—aqressivlik həqiqəti içinə alır. Bu üzdən də bunların bir sikkənin iki üzü olduqları söylənməkdədir. Bir sikkəni hansı tərəfindən oxusanız, fərqli sözlərə rast gəlsəniz də, onun dəyəri eynidir. Əyrilik kimsənin düşüncəsinə və ya cisminə yol taparsa, həqiqətsizlik və aqressivlik də o bədəndə yuvalanmış olur. Bu üzdən də, yalnız həqiqət arayan sosialistlər hər tür nifrət, kin və aqressivlikdən uzaq olaraq Hindistanda və dünyada sosialist bir toplum qura biləcəklər. · Nəfsi təmizləmənin ruhi silahı zahirən görünməz olsa da, sosial mühiti təmizləmək və xarici əsarət zəncirlərini qırmaq üçün ən güclü silahdır. Bu silah çox mülayim və görünməzcə əməl edər. Sərt və sürətli bir cərəyan kimidir. Görünürdə çox yavaşça hərəkət edən çaya bənzəməkdədir. Azadlığa ulaşmaq üçün bu yöntəmlər ən uyqun, ən sürətli və ən əlverişli yöntəmlərdir. Bu yolda edilən heç bir çabalama yanlış sonuc verməz. Bunun üçün gərəkən biricik şey dağlar kimi dayanaqlı olan sarsılmaz bir inancdır. Mən vətəndaşlarımın əzab çəkməsini önləməkdən daha ziyadə, insan təbiətindəki dağıdıcı vəhşi aqressivliyi önləməyə çalışmaqdayam. Düşünürəm ki, könüllü olaraq əzab çəkməyi qəbul edənlər özlərini bəşər toplumunun ötəsinə yüksəltmiş olurlar. Öz müxaliflərini ortadan qaldırmaq üçün əlindən gələni əsirgəməyən, başqa millətlərin haqlarını yemək üçün aqressiv davrananlar, yalnızca özlərini deyil, bütün bəşər toplumunu zərərə və rəzalətə uğradırlar. İnsan təbiətinin kötülüyə düşməsini gözləmləmək (müşahidə etmək) mənim üçün çox qorxunc bir durum. Hamımız Tanrının evladlarıyıq və bir ruhda ortağıqsa, istər öz soyumuzdan istər digər soylardan olsun başqalarının günahlarını üzərimizə almağı başarmalıyıq. İnsan vücudunda heyvani duyquların fəal olmasının nə qədər kötü olduğunu açıqca görə bilərsiniz. Aralarında bir çox dostlarımın da olduğu ingilislərdə heyvani duyquların bu qədər qabarıq olduğu çox çirkin bir tablovdur. · Qeyri—aqressiv dirəniş yolu ən sağlıqlı və aydın yoldur. Çünkü ortaya qoyulan hədəf doğru olmazsa, yalnız dirənənlər əziyət çəkəcəklər, başqaları deyil.
Просмотров: 680 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: