01.24.16
XƏBƏRLƏR
YENİ KİTAB NƏŞR OLUNDU
 
Aşıq Pəri Məclisi2010-cu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Aşıq Pəri Məclisi"-ozan sənətinin təbliği ictimai birliyinin hazırladığı "Aşıq qadınların antologiyası" adlı kitab çapdan çıxmışdır. Kitabın redaktoru olan Əfqan Nəsirli və Samirə Məhəmmədqızının bildirdiklərinə görə, kitab əsasən 3 bölmədən ibarətdir. Birinci bölümdə yaşayıb yaratmış aşıq qadınlar, ikinci bölümdə yaşayıb yaradan aşıq qadınlar haqqında qısa məlumat və şeirlərindən nümunələr və nəhayət üçüncü bölümdə aşıq qadınlara həsr olunmuş şeirlər verilmişdir. Kitabın ikinci hissəsinin növbəti ildə işıq üzü görəcəyini bildirən Aşıq Pəri Məclisinin sədri Gülarə xanım bu layihənin geniş şəkildə davam etdiriləcəyini də söylədi.
Просмотров: 831 | Добавил: afgan73 | Рейтинг: 5.0/2
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: