ÇIXIBDI

Təbiət vurğunu olsam da bərkdən,
Əkib-becərdiyim bəstə çıxıbdı.
Birinə söz deyib gülsəm ürəkdən,
Qarşıma nəhayət dəstə çıxıbdı.

Sevib birini odlandım mən də,
Gündüz dağı gəzdim, gecə çəməndə.
Hər an, hər il salır məni kəməndə,
Zalımın balası qəstə çıxıbdı.

Mən də şeir yazıb, dastan bağladım,
Əvvəl dağladımsa, sonda yağladım.
Ötən illərimdə bir can saxladım,
O da ki, sonunda xəstə çıxıbdı.
Baxılıb: 984 | Əlavə etdi: afgan73 | Tarix: 26.09.2012 | Şərhlər (0)