2019-cu ilin dövlət büdcəsi layihəsi - rəsmi və müxalif münasibət Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə başlanılıb. Dövlət büdcəsinin parametrləri 2019-cu il dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb. 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür. 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. Gələn il dövlət büdcəsinin ... Davamını oxu
Baxılıb: 438 | Əlavə etdi: afgan73 | Tarix: 06.11.2018 | Şərhlər (0)

Qeyri-adi tarixi faktlar 1938-ci ildə Stalin təyyarəçi Valeriy Çkalova SSSR-in Daxili İşlər üzrə Xalq Komissarlığına başçılıq etməyi təklif edir. Əgər Valeriy Çkalov bu təklif ilə razılaşsa idi, məşhur təyyarə qəzası baş verməyəcəkdi və biz indi onu qəhrəman təyyarəçi kimi deyil, cəllad kimi yadda saxlayacaqdıq. İngiltərənin kralı VIII Henri «Ballı burun Kral» ləqəbini almışdı. Xəzinədə vəsait az olduğu üçün o, gümüş sikkələr əvəzinə gümüş ilə örtülmüş bürünc sikkələr buraxmışdı. Dövriyyə zamanı gümüş örtük sürtülürdü və sikkələrin bürüncdən olduğu görünürdü. Sikkələrin üzərində kralın anfas portreti var idi. Portretdə ən böyük hissə kralın burnu idi. Və gümüş ilkin olaraq burun hissəsindən sürtülürdü. Napaleon Vaterloo döyüşündə yatıb qalmışdı. Bonapart hemoroydan əziyyət çəkirdi və o, siptomatik müalicə alırdı. Napaleona ağrı kəsici verilirdi və həmin dərman yuxu gətirirdi. Bonapart döyüşdən əvvəl yatır və döyüşün kritik anına qədər heç kim onu oyatmağa cürət etmir. XVI əsrdə kat ... Davamını oxu
Baxılıb: 355 | Əlavə etdi: afgan73 | Tarix: 06.11.2018 | Şərhlər (0)