Mən tələsmirəm...


MƏN TƏLƏSMİRƏM


Dostlar, badələri qaldırın içək! 
Gecə, ulduzludur, hava da sərin. 
Demirəm məst olub dünyadan keçək… 
Deyirəm mehriban düşüncələrin 
İsti qücağında qızınaq bir az… 
Qoy uzansın gecə, geciksin səhər, 
Yuxuya getməsin məclisdəkilər – 
Mənim söhbətimdən yorulmaq olmaz. 
Hələ yer üstündə, insan yanında 
Deyib danışmaqdan doymamışam mən… 
Uzadaq ömrünü hər bir anın da, 
Yel kimi keçməsin vaxt üstümüzdən… 
Bu aylı gecədə, bu dağ döşündə, 
Bu sazlı, söhbətli bulaq başında 
Bu saat, bu dəm 
Heç yana, heç yerə mən tələsmirəm! 

evgilim, qolunu boynuma dola! ... Davamını oxu

Baxılıb: 218 | Əlavə etdi: afgan73 | Tarix: 01.01.2022 | Şərhlər (1)