11.14.23
Almaniyadan səslər
Nəsimi HƏSƏNOV

            OLUBDU

Dünya yaranandan kasıbın işi,
Varlının pulunu saymaq olubdu.
Kiminin yeməkdən qarnı piylənib,
Kiminin dərdi də doymaq olubdu.

Gözütox bir insan quduran deyil,
Onun olmayana əl vuran deyil,
Oğrunu alim et, o, duran deyil,
Cünki öz peşəsi soymaq olubdu.

Kasıblıq kasıba nəsibsə, bil ki,
Kasıbin oğlu da kasıbsa, bil ki,
Bir kasıb özünü asıbsa, bil ki,
Günahkar özüdü, maymaq olubdu.
Просмотров: 550 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: