Nəsimi HƏSƏNOV

            OLUBDU

Dünya yaranandan kasıbın işi,
Varlının pulunu saymaq olubdu.
Kiminin yeməkdən qarnı piylənib,
Kiminin dərdi də doymaq olubdu.

Gözütox bir insan quduran deyil,
Onun olmayana əl vuran deyil,
Oğrunu alim et, o, duran deyil,
Cünki öz peşəsi soymaq olubdu.

Kasıblıq kasıba nəsibsə, bil ki,
Kasıbin oğlu da kasıbsa, bil ki,
Bir kasıb özünü asıbsa, bil ki,
Günahkar özüdü, maymaq olubdu.
Baxılıb: 549 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (0)

Tarixdə bu gün

 05-05-2010
İlin sonuna 240 gün qalır.

1818. Alman filosof, iqtisadçı Karl Marks anadan olub

1821. Fransız imperator Napoleon Bonapart vəfat edib

1892. Şair Əhməd Cavad (Axundzadə Cavad Məhəmmədəli oğlu) anadan olub

1920. Lenin müstəqil Azərbaycan Sovet Respublikasının təşkili münasibətilə RSFSR Xalq Komissarları Soveti adından Azərbaycan Sovet hökumətinə təbrik teleqramı göndərib

1920. Azərbaycan İnqilab Komitəsi xanların, bəylərin, mülkədarların, həmçinin monastır kilsə və məscidlərin torpaqlarının, vəqf yer ... Davamını oxu
Baxılıb: 638 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (0)

Firamin"Mühasibi öldürüb, pulu ilə saunaya getdim”

Öldürdüyü adamın ailəsinə başsağlığı verən qatildən inanılmaz etiraflar


2009-cu il noyabrın 21-də Əzizbəyov rayonunun Türkan qəsəbəsinə gedən yolun kənarında yanmış vəziyyətdə "KİA SPORTAGE” markalı avtomaşın, avtomaşının yük yerində isə yanaraq kömürləşmiş meyit aşkarlanıb.

Aparılmış istintaqla mərhumun Bakı şəhərində fəaliyyət göstərən "Modern-Hospital” klinikas ... Davamını oxu
Baxılıb: 744 | Əlavə etdi: afgan73 | Tarix: 06.05.2010 | Şərhlər (1)