18.16.35
Astrolojo proqnoz
Səbuhi RəhimliAstroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

(03.05-09.05.2010)
QOÇ - (21 mart-20 aprel) Bürcünüzün romantikaya olan hədsiz həvəsi çox güman ki, bu həftə təmin olunacaq. Çünki mayın 5-dən etibarən maraqlı səfərlər, əsrarəngiz istirahət və münasibətlərdə müsbət dönüş yolunuzu gözləyir. Hansısa xoşagəlməzliyin baş verəcəyinə inanmayın.

BUĞA - (21 aprel-21 may) Mayın gəlişi hamıdan çox sizi sevindirməlidir. Ən azı ona görə ki, hazırda "hakimiyyətdə" öz bürcünüzdür və bu səbəbdən də enerji sərf etdiyiniz istənilən sahədə uğurlar qazanacaqsınız. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə hər şey ürəyinizcə olacaq. Ayın 6-da həmkarlarınızla istənilən mübahisədən çəkinin.

ƏKİZLƏR - (22 may-21 iyun) İşlərinizin qaydasında gedəcəyini bildirən Göy qübbəsi kiməsə yalan vəd verməyinizin əleyhinədir. Odur ki, bacarmadığınız işin qulpundan yapışmamalısınız. Mayın 4-də və 6-da sürprizlərin şahidi olacaqsınız.

XƏRÇƏNG - (22 iyun-22 iyul) Vacib işlərinizi ayın 5-nə qədər tamamlamağa çalışın. Əmin olun ki, həmin vaxtda qarşınızda duran vəzifələrin əksəriyyətini həyata keçirə biləcəksiniz. Sonrakı günlərdə isə istənilən riskli və yeni işlərdən imtina etməli, bələd olmadığınız adamlarla ciddi məsələləri həll etməyə tələsməməlisiniz.

ŞİR - (23 iyul-23 avqust) May ayının bu gözəl həftəsindən zövq alıb rahatlanmaq istəyirsinizsə, mütləq səfərə çıxın. Bununla stress və ağrılarınızı aradan qaldıra, enerjinizi daha da saflaşdıra, ürəyinizi əlavə yüklənmələrdən azad edə bilərsiniz. Ailə-sevgi məsələlərində xırdaçılığa yol verməyin.

QIZ - (24 avqust-23 sentyabr) Özünüzü gərginliyə salmayın. Uzun-uzadı kiməsə, nəyisə izah etmək enerji itkinizdən savayı bir iş deyil. Yaxşısı budur, ünsiyyəti sizi anlayan insanlarla qurasınız. Daşınmaz əmlak alqı-satqısında uğurlarınız da mümkündür. İstirahət günlərində böyük layihələrinizin həllini sürətləndirmək üçün müzakirələrə başlaya bilərsiniz.

TƏRƏZİ - (24 sentyabr-23 oktyabr) "Hakimiyyətdə" planetiniz Venera olduğundan ixtiyarınızda olan həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Artıq daxili süstlüyünüz və fəaliyyətlə bağlı gərginliyiniz arxada qalacaq. Ətrafınıza yığışan yeni dost-tanışlar isə qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə sizə yardımçı olacaqlar. Amma ulduzlar uzaq səfərləri təxirə salmağınızı məsləhət görür.

ƏQRƏB - (24 oktyabr-22 noyabr) Təzadlı ərəfədir. Hər addımı ölçüb-biçməyə çalışın. Mövqeyinizə zidd hərəkətlərə yol verməyin. Qəribə də olsa, astroloji göstəricilər ayın 6-dan etibarən kiməsə güzəştə getməyi məsləhət görmür. Əks təqdirdə bütün cəhdləriniz öz əleyhinizə işləyəcək. Passivlik müstəvisində qərar tutan ailə-sevgi münasibətlərinə yenidən baxın.

OXATAN - (23 noyabr-21 dekabr) Əsas diqqətinizi maliyyə məsələlərinə yönəldin. Özünüz də bilirsiniz ki, sizin qlobal işləriniz pulsuz keçmir. Bu səbəbdən də kiməsə borc vermək fikrinə düşməyin. Ulduzlar başqalarının şəxsi işlərinə müdaxilə etməyinizin əleyhinədir. Bu yoldan çəkinsəniz, həftəboyu bir neçə dəfə şad-xürrəm olacaqsınız.

OĞLAQ - (22 dekabr-20 yanvar) Qarşınızda kifayət qədər mistik həftə durur. Ola bilsin ki, anlaşılmaz hadisələrlə, qəribə yuxularla rastlaşasınız. Əgər bunun qarşısını almaq istəyirsinizsə, dua və ibadətlərinizin, müqəddəs yerlərə ziyarətlərinizin sayını artırmalısınız. Mayın 3-də maraqlı bir sövdələşmədə iştirakınız da gözlənilir. Yeni iş təkliflərinə razılıq verməyin.

SUTÖKƏN - (21 yanvar-19 fevral) Səhhətinizlə bağlı xoşagəlməzliklər baş verə bilər. Ələlxüsus da ayın 4-də və 8-də özünüzü maksimum qorumalı, əsəblərinizi cilovlamalısınız. Şənbə günü taleyinizdə müsbət dönüş yaratmaq şansınız olduğundan boş oturmamalı, bütün gücünüzü işə salmalısınız. Bu həftə istənilən səfəri təxirə salsanız, yaxşıdır.

BALIQLAR - (20 fevral-20 mart) Çəkdiyiniz əziyyətlər hədər gedir, lakin inanmadığınız istiqamətdən yaranmış boşluğu dolduranlar da tapılır. İndi sizə mübahisələrə girişmək, böyük və müəmmalı məsələlər barədə müzakirələr aparmaq yolverilməzdir. Yaxşısı budur ki, adi işlərin həlli ilə məşğul olasınız. Bazar günü qazanmaq ehtimalınız var.
Просмотров: 656 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: