21.51.24
Ədəbiyyat
Əfqan NƏSİRLİƏfqan NƏSİRLİ
(Cəfərov Əfqan Nurəddin oğlu) 1973-də Tovuzda doğulub. Ali təhsillidir. 1996-cı ildən yaradıcılıqla məşğuldur. AYB və AJB-nin üzvüdür. "Qədim Oğuz” qəzetinin baş redaktoru, "Ulu Çinar” jurnalının redaktorudur. Hazırda Mahmud Kaşkari adına Beynəlxalq Fondun icraçı direktor müavini vəzifəsində çalışır.
 
YALANÇI
 (Proza)
 
O gün hava buludlu idi. Yağış yağacağı gözlənirdi. Belə havada yerindən qalxmaq istəmirdi. Çox əzgin və yorğun olduğunu hiss edirdi. Özü də hiss edirdi ki, revmatizma ona pis təsir edir, halsızlaşdırırdı. Axşamdan tez yuxuya getsə də, amacı doyunca yatmaq idi. Adəti üzrə saat altı tamamda yuxudan oyanmışdı. Yuxusu gəlmədiyindən yalnız yerində eşələnirdi. Hətta səhər yeməyinə də həvəsi yox idi. Neçə dəfə bu hal təkrar olsa da, həkimə getmək, dərdinə bir əlac axtarmaq fikrində deyildi. Həkimlərə inanmırdı. Deyirdi ki, məni görüb savadlı həkimlər də qeybə çəkiləcək, ya şilə rast gələcəm, ya topala. Bir-iki tanış həkimdən soruşub, onlardan da düz-əməlli cavab ala bilməmişdi. Birdən axşam söz verdiyi yadına düşdü. Kefi daha da pisləşdi. Həmişə belə olurdu. Elə ki, bir nəfərə nə isə söz verirdi, mütləq bir problem çıxıb onu yalançı etməli idi. Çox çək-çevirdən sonra getməyə qərar verdi. Bu gün sözünə yalançı olmağın ondan asılı olmayan səbələrdən baş verdiyini sübut etmək istədi. Özündə güc tapıb yerindən qalxdı. Yüngül aerobik hərəkətlərlə bədənini açmaq istədi. Əl üzünü yuyub mətbəxə keçdi. Düz səkkiz tamamda evdən çıxdı. Gedəcəyi yer evindən cəmi yarım saatlıq məsafdə olsa da, vaxtında çatmaq üçün tez tərpənmişdi. Dayanacağa çatana qədər özünü yaxşı hiss etməyə başladı. Sanki yorğunluğu, əzginliyi də yox olmuşdu. Getdikcə bir gümrahlıq və yüngüllük duyurdu. Özünü yaxşı hiss etdikcə, söz verdi ki, bundan sonra ya söz verməyəcək, ya da verdiyi sözü ölüm də olsa yerinə yetirəcək. Dayanacaqda gözləmədi. Avtobus da bu gün təsadüfən tez gəldi, həm də demək olar ki, boş idi. Gözlərinə inanmadı. Beş ildən bir az çox olardı bu əraziyə köçdüyü, hələ belə halla rastlaşmamışdı. Nədənsə şübhələnməyə başladı. Dəqiqləşdirmək üçün yaxınlaşıb sürücüdən avtobusun gedəcəyi marşurut ünvanını dəqiqləşdirdi. Avtobusa düz əyləşmişdi. Düşündü ki, bu gün onun üçün düşərli gündür. Yəqin arxasınca getdiyi iş də yaxşı həll olacaqdı. Yollar da boş idi. Maşın tıxacı yox idi. Ona görə vədələşdiyi yerə lap tez çatdı. Avtobusdan düşüb saatına baxdı. Vaxta hələ saat yarımdan da çox qalırdı. Nə edəcəyini bilmədi. Həmişə görüş vaxtına gecikdiyindən belə anları yaşamamışdı. Ən yaxşısı vaxtını çay içməklə keçirmək idi. Gözü çayxana axtardı. Ağlına gəldi ki, buradan bir az aralı çayxana olmalıdır. Yerini dəqiq yadına salıb piyada həmin tərəfə getdi. Həvəsi olmasa da oturmaq üçün çay içməli idi. Çayxanada ondan başqa da üç stolda adamlar oturub çay içirdilər. Əvvəl düşündü ki, bunların işi-gücü yoxdur, ya evlərindən beziblər. Sonra özünün də işi olduğu üçün buraya gəlməsi yadına düşdü. Stolun birində əyləşib çay sifariş verdi. İstər-istəməz ətrafdakıların söhbətlərinə hakim kəsildi. Ondan sağdakı stolda oturanlar zarafat edə-edə domino oynayırdılar. Soldakı stolda isə iki nəfər nərd oynayırdı. Onlardan biri öz-özünə deyinir, hərdən dodaqaltı kimi isə söyürdü. Çox güman ki, zər onun istədiyini vermir, o da uduzduğundan əsəbiləşirdi. Üzbəüz stolda isə dörd nəfər əyləşib Corc Buşa atılan ayaqqıbının taleyini müzakirə edirdilər. İstədi telefonunu çıxarıb görüşəcəyi adama zəng etsin. Hələ vaxta bir saatdan da çox qaldığını görüb fikrindən vaz keçdi. Çayxanadakı insanlar ona qəribə gəlməyə başladı. Özlüyündə düşündü: "Görən bu həyat niyə belə qəribədir? Bir vaxtlar təmiz qəlbli olan, gözəl xəyallarla yaşayan insanlar, həyatın qoynuna atılandan sonra tamam dəyişib başqa cür olurlar. Bax, indi bu çayxanada boşuna vaxt keçirən adamlar, niyə sərfəli bir işlə məşğul olmurlar? Heç olmasa bir qəzet, kitab oxumurlar? Mən hələ interneti demirəm. Yadına yaxın bir dostunun ona şikayətlənməsi düşdü: " Bir neçə gün bundan əvvəl rayondan tanış bir insan zəng etdi ki, bir qardaşoğlu var, onu yanında işə düzəlt, qoy işləsin. Mən də dedim ki, göndər gəlsin. Oğlan gələndə ondan nə bacardığını soruşdum. Cavabında əlindən hər iş gəldiyini söylədi. Onun bu yekəxanalığı və gözümün içinə yalan danışmağı mənə pis təsir etdi. Onun kosmosa uçmağı da bacardığını bilmək istədim. O, tutlub səhv etdiyini başa düşdü”. Yəni bütün bu yalanlar, fırıldaqlar, ikiüzlülük yalnız bir parça çörək üçünmüdür? İnanmıram. Yox, hər yalanın arxasında bir səbəb olması mütləqdir. Mən özüm nə qədər söz verib etməmişəm. Bircə fərq var ki, mən verdiyim sözə əməl etmək istəsəm də, bu mümkün olmayıb. Bax elə iki gün bundan əvvəl Elmirlə görüşməli idim. Vaxtından bir saat da əvvəl yola çıxdım. Dayanacaqda bir qədər gözlədim. Gələn avtobuslar dolu olduğundan saxlamırdı. Əks tərəfə boş gedən avtobusa mindim. Qayıdanda yolda maşın tıxacı əmələ gəldi. Vaxtın hədər yerə itəcəyini nəzərə alıb "Şamaxinka” deyilən yerdən "20 yanvar” metrosuna piyada gəldim. Mən metro dayanacağına çatanda yol gəldiyim avtobus da çatdı. Əziyyətim özümə qaldı. Metroya düşdüm. Mən platformaya düşər-düşməz qatar gəldi. Qaçaraq özümü birtəhər vaqona saldım. "Elmlər Akademiyası” stansiyasında vaqonda olan insanların əksəriyyəti düşdü. Boş yerlərin birində əyləşdim. Yuxu məni tutdu. Bir də ayıldım ki, qatar "Depo”ya gedib. Nəhayət, yarım saatdan sonra geri qayıda bildim. Görüş vaxtına beş dəqiqədən də az qalırdı. Bir on dəqiqə də gözlədim. Qatar gəlmək istəmirdi. Yaxınlaşıb səbəbini bələdçi qızdan soruşdu. Cavabında: - Texniki səbəblərdən daha on-on beş dəqiqə qatar olmayacaq, - dedi. Əsəbiləşib avtobusla getməyi qərara aldım. "Nərimanov” metrosundan şıxıb 315 № - li marşurutu gözləməyə başladım. Avtobus da gəlmək istəmirdi. Əl telefonu ilə zəng edib, "texniki səbəb”lərdən gecikdiyimi bildirmək istədim. Telefondan səsi gələn qız: - "Zəng edə bilmək üçün kifayət qədər konturunuz qalmayıb”, - söylədi. Lap əsəbiləşdim. Yaxınlıqdakı köşkdən kart alıb yükləmək istədim. Əlimi cibimə atanda pulumu tapmadım. Sonra yadıma düşdü ki, pulum o biri şalvarımın cibində qalıb. Tərslikdən də Elmir də zəng etmirdi. Telefonun nömrəsini çıxarıb ikinci nömrəni saldım. Tələsikdə necə etdimsə nömrə də yandı. Gözləməkdən də səbrim lap tükəndi. Yaxınlaşıb birindən soruşdum ki, 315 № - li marşurut çoxdan gəlmir. Dedi ki, bu marşrutu 4 nömrə ilə əvəz ediblər, 4-ü isə 14-lə. Əlacsız qalıb növbəti gələn 4 № - li avtobusa mindim. Yolda bu marşrut da öz yolundan çıxdı. Sürücü bildirdi ki, akademik H.Əliyev (köhnə İnqilab) küçəsindən indi keçmək mümkün deyil. Nəhayət, görüş yerinə düz bir saat 16 dəqiqə gecikdim. Gələndə gördüm ki, Elmir də gözləməyib gedib”. Daha bir neçə başına gələn belə hadisəni xatırladı. Özlüyündə həm gülümsündü, həm də bu olanlara təəccüb etdi. Düşündü, yəni bütün bunlar Allahın işidir?. İnanmadı. Soldakı stolda oturan kişinin nərd daşını əsəbi olaraq taxtaya çırpması onu xəyaldan ayırdı. Saatına baxdı. Vaxta az qalırdı. Ayağa durdu, pulu verib çayxanadan çıxdı. Düz vədələşdiyi vaxtda görüş yerinə çatdı. Ancaq dostunu görmədi. Telefonunu çıxarıb ona zəng etdi. Telefondan qızın: "Bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə daiəsi şəbəkəsindədir. Xahiş edirik bir az sonra zəng edəsiniz” - səsini eşitdi. Metroda olması ağlına gəldi. Düşündü ki, bir az gözləsin. Bu gözləmək düz qırx dəqiqədən də çox çəkdi. Havanın soyuq olması onun səbrini daha da tükəndirdi. -Bu günüm də belə itdi, - deyib görüş yerindən uzaqlaşdı...
 
Sonu
 
17 yanvar 2010-cu il
Просмотров: 676 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: