12.39.08
D Ü N Y A
qızını öldürən
Qızını 200 min dollara görə öldürdü


Ögey atanın daha əvvəl də bir neçə oxşar əməllər törətdiyi müəyyən olub

ABŞ-da bir nəfər 3 yaşındakı ögey qızını 200 min dollarlıq həyat sığortası etdirdikdən sonra öldürüb. Lent.az Türkiyənin "Milliyet” qəzetinə istinadən məlumat verir ki, məhkəmədə həmin şəxsin oxşar hadisələr törətməsi ortaya çıxıb.
Həyat yoldaşı evdə olmadığı vaxt Joel Zellmer xilasediciləri evinə çağırıb. Evin ortasında huşunu itirmiş və yaş halda olan Ashley adlı qızı göstərərək, onun hovuzda boğulduğunu söyləyib.
Zellmerin keçmişini araşdıran polis onun tək uşaqlı dul qadınları hədəf aldığının fərqinə varıb. Məlum olub ki, daha əvvəl də Zellmerin münasibətdə olduğu tək uşaqlı qadınlardan birinin övladının ayağı qırılıb, biri yanıq yaraları alıb. Sonuncu - Ashley isə ölüb.
Hər hadisə sonrası sığortadan pul aldığı öyrənilən Zellmerin son ölüm hadisəsindən 3 ay əvvəl də qızı 200 min dollar məbləğində həyat sığortası etdirdiyi aşkarlanıb.
Hələlik cəzası açıqlanmayan Zellmerin ömürlük həbsə məhkum olunması gözlənilir.

VÜQAR

LENT.AZ



 
Просмотров: 587 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 afgan73  
0

00000
Имя *:
Email:
Kod *: