12.23.37
H A D İ S Ə
sel
Salyanda gərginlik:
40-dan çox ailə köçürüldü


Bir gündə Kürün səviyyəsi 8 santimetr qalxıb


Kür çayının səviyyəsinin qalxması ilə əlaqədar Salyanda vəziyyət daha da mürəkkəbləşib.

Salyan Rayon İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, hazırda rayonda 2 mindən çox evin həyətini qrunt suları basıb. Ən çox ziyan səkmiş evlərdən 40-dan sox ailə təhlükəsiz yerlərə köçürülüb. Bu gün səhər saatlarından yağan yağış vəziyyəti bir qədər də gərginləşdirib.
İcra Hakimiyyətində bildirirlər ki, hazırda Kürün səviyyəsi durmadan artır. Son bir gün ərzində çayda suyun səviyyəsi 8 santimetr yüksəlib. Bu səbəbdən bəzi ərazilərdə bəndlər dağılıb. Ən ağır vəziyyət rayonun Babacanlı kəndində müşahidə olunur.
Yerli icra orqanları isə vəziyyətdən çıxış üçün bütün qüvvələri səfərbər edib. Hazırda subasma təhlükəsi olan zonalarda 50-dən çox yükdaşıyan texnikalar, 12 müxtəlif növ yükləyici və ekskavatorlar bəndatma işlərinə cəlb olunub. Sel və qrunt sularının zərərsizləşdiriləsi üçün profilaktik tədbirlərə Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin texnikası və canlı qüvvələri, eləcə də yerli əhali kömək edir.

Elxan SALAHOV

LENT.AZ



Просмотров: 653 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: