17.04.46
Həftəlik astroloji proqnoz (29.03-04-04.2010
Səbuhi RəhimliAstroloji proqnozu Səbuhi Rəhimli təqdim edir

QOÇ - Əsas diqqətinizi maliyyə problemlərinin həllinə yönəldin. Çünki bu iki ayın qovşağında bunu bacarmasanız, sizi uzunmüddətli kasıblıq gözləyə bilər. Hər təsadüfi adama etibar etməyin. Martın son iki günündə ağlınıza gəlməyən istiqamətdən perspektivli təklif ala bilərsiniz. Çalışın ki, razılaşasınız.

BUĞA - Səhhətinizi qoruya bilsəniz, öhdənizdə olan bu həftədə heç bir çətinliklə rastlaşmayacaqsınız. Ulduzlar ailə-sevgi münasibətlərindəki soyuqluğu aradan qaldırmağınızı tövsiyə edir. Hissləri sındırmaqdan əl çəkin, lazımsız yerlərə xərc çəkməyi dayandırın. Bir sözlə, hər bir məsələdə reallığa və məntiqə əsaslanın.

ƏKİZLƏR - Sakit həftə yaşayacaqsınız. Ara-sıra fikir və düşüncələrinizdə təlatümlər baş qaldırsa da, bunu kənardan heç kim bilməyəcək. Əgər maddi imkanınız yol versə, aprelin ilk günündə səfərə çıxmaq olar. Bazar günündə isə Tanrını başınız üstündə hiss edin ki, bağlı qapılarınız açılsın. Vacib planlarınızı hər adama deməyin.

XƏRÇƏNG - İlk günləriniz passiv başlasa da, ayın 31-dən etibarən nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllinə yaxınlaşacaq. Şəxsi büdcənizdə artımlar da mümkündür. Amma gərək hər şeydən əvvəl ünsiyyət qurduğunuz şəxslərin etibarını yoxlayasınız. Çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir.

ŞİR - "Qoç"larda olduğu kimi siz də həftə ərzində bütün diqqətinizi pulla bağlı məsələlərə yönəldin. Əgər reallığa uyğun addım atsanız, səmərəli nəticəni görəcəksiniz. Uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin. Ayın 31-də aldığınız təkliflərə gözüyumulu razılıq verməyin. Əks təqdirdə gələcəyiniz üçün problemlər yarana bilər.

QIZ - Bəri başdan nəzərdə saxlayın ki, ixtiyarınızda olan bu həftə bürcünüzün ən aktiv dövrünə çevriləcək. Hansısa uğursuzluq haqqında düşünməyə lüzum yoxdur. Çünki iştirakçısı olduğunuz bütün situasiyalar xeyrinizə işləyəcək. Uğurlu səfərlər, maliyyə uğurları da yolunuzu gözləyir.

TƏRƏZİ - Hazırda ciddi seçim qarşısındasınız. Tərəddüdləriniz çoxdur. Buna baxmayaraq özünüzü ələ almalı, cəsarət göstərib seçiminizi etməlisiniz. Martın 30-da və aprelin 3-də istənilən riskiniz müvəfəqqiyyətlə nəticələnəcək. Bu həftə şəxsi büdcənizdə də müəyyən artımlar olacaq. Amma imkan daxilində uzaq yola çıxmamalısınız.

ƏQRƏB - Astroloji göstəricilər yalnız ayın 31-ni gərginlik içində başa vuracağınızı bildirir. Həmin gün maksimum ehtiyatlı olmalısınız. Digər altı gündə isə hər şey ürəyinizcə olacaq. Hətta perspektivli təkliflər alacağınız da qaçılmazdır. Doğmalarınızla münasibətlərinizin soyuqlaşmasına imkan verməyin. Sülhpərvər olmağınız proseslərə yaxşı təsir edəcək.

OXATAN - Adi həftələrdən birini yaşayacaqsınız. Hansısa qeyri-adi yenilik və ya uğursuzluq gözləməyin. Amma iqlimin mülayimləşməyə başlaması, təbiətin dəyişkənliyi daxili orqanlarınızda (ələlxüsus da dalaq və mədəaltı vəzidə) ciddi ağrılar yarada bilər. Adətkarda olduğunuz üçün bu barədə əvvəlcədən ölçü götürün. Aprelin 1-də perspektivli sövdələşmələr mümkündür.

OĞLAQ - İstirahət günlərində əsəblərinizi cilovlaya bilsəniz, əvvəlki günlərdə heç bir narahatlığınız olmayacaq. Qarşınıza pulla bağlı çıxan problemlərin əksəriyyəti aradan qalxacaq. Ulduzlar təcrübəli insanların məsləhətlərindən yararlanmağı tövsiyə edir. Bu həftə daha çox istirahətə yer ayırın.

SUTÖKƏN - Qarşınızda təzadlı həftə durub. Hadisələrin gedişatı gah müsbət, gah da mənfi müstəvidə cərəyan edə bilər. Odur ki, ayıq-sayıqlığınızı artırmalı, prosesləri dərindən analiz etməli və məqamında addım atmalısınız. Mürəkkəb məqamlarda etibar etdiyiniz insanlarla məsləhətləşin. Bu ərəfədə müqəddəs ziyarətgahlarımıza tez-tez baş çəkməyə çalışın.

BALIQLAR - Ümumən gərgin həftə olsa da, özünüzü cilovlamağı bacaracaqsınız. Əgər hansısa məsələdə tərəddüdünüz varsa, mütləq etibar etdiyiniz şəxslərin məsləhətlərindən yararlanın. Göy qübbəsi büdcənizin artacağını mütləq sayır. Üstəlik, aprelin ilk günündə maraqlı sürprizlərin şahidi olacaqsınız. Daşınmaz əmlak alqı-satqısı ilə bağlı məsələlərdə yalnız məsləhətləşmələr aparın.
Просмотров: 654 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: