20.30.33
Kriminal
Saxta pulPaytaxtda saxta pul hazırlayanlar yaxalanıb


Onlar saxta pulların seriya nömrələrinin fərqli olmasına xüsusi diqqət yetirirmiş.

Əzizbəyov rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxta pul əskinaslarının hazırlanması ilə məşğul olan 3 nəfərdən ibarət dəstə yaxalanıb. Əzizbəyov RPİ 1-ci polis bölməsinin əməkdaşları əvvəlcə Şüvəlan qəsəbəsi sakini Ağarəsul Məmmədovun evinə baxış zamanı 10 ədəd 5 manatlıq, 6 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq və 1 ədəd 50 manatlıq saxta əskinazlar aşkar edilərək götürüblər. DİN-dən verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində sonradan A.Məmmədova saxta əskinazları satmış Şüvəlan qəsəbəsi sakinləri Ramil Əliyev və Əbülfəz Quliyev da tutulublar. Aparılmış araşdırmalar zamanı R.Əliyevin və Ə.Quliyevin həmin əskinazları, həmyerliləri Taleh Quliyevə məxsus printer vasitəsilə çap etmələri müəyyən edilib. Daxil olmuş əməliyyat məlumatları əsasında dəstə üzvlərinin saxta əskinasları Əzizbəyov rayonunun müxtəlif qəsəbələrində yerləşən mağazalara verdikləri məlum olub. Saxlanılan şəxslərin ilkin ifadələri zamanı 1500-2000 manata yaxın saxta pul hazırladıqları məlum olub. Araşdırmalar zamanı məlum olub ki, saxta əskinasların hazırlanması ideyası Ramil Əliyevin ağlına gəlib. R.Əliyev pulları hazırladıqdan sonra onları dövriyyəyə buraxmaq üçün Eldəniz və Ağarəsulun xidmətindən istifadə edib. Eldəniz əvvəlcə Ramilin təklifini qəbul etməsə də, sonradan onunla razılaşıb. Ramil Əliyev əskinasları hazırlayarkən ərsəyə gətirdiyi saxta pulların seriya nömrələrinin fərqli olmasına xüsusi diqqət yetirirmiş. Bununla da o, pulların saxta olduğunu ört-basdır etməyə çalışırmış. Ramil Əliyevin saxta əskinaslarını dəyişməyi öhdəsinə götürən şəxslərdən biri də Ağarəsul Məmmədov olub. İlkin ifadəsi zamanı Ağarəsul Ramildən dəyişmək üçün 20 manatlıq saxta əskinas aldığını bildirib. Amma Əbülfəzdən fərqli olaraq Ağarəsul pulları evdə saxlamaq qərarına gəlib. Faktla bağlı Əzizbəyov rayon Polis İdrəsində hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Просмотров: 550 | Добавил: afgan73 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
00000
Имя *:
Email:
Kod *: